22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdiyi olimpiadanın keçirilməsində məqsəd yeniyetmələrin bilik və bacarıqlarının artırılması, dünya­görüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütləviliyinin təmin edilməsidir.
Olimpiada çərçivəsində yarışlar “Xəmsə” milli intellektual, “Poliqon” strateji intellekt və “Vətəni tanı” intellektual oyunları üzrə vahid turnir şəklində keçirilib.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin “Günnüt” komandası “Xəmsə” oyununda “Bəlli”, “Şərtli”, “Sirli” və “Fərdi” raundlarının nəticələrinə görə ən çox xal nominalı toplayaraq qalib adını qazanıb. 5 nömrəli tam orta məktəbin “Altay” komandası ikinci, 8 nömrəli tam orta məktəbin “Bozqurd” komandası isə üçüncü olublar.

“Poliqon” strateji intellekt oyununda iştirakçılar “Axtarış”, “Hədəf”, “Saxlama” və “Zəfər” mərhələlərində səsləndirilən 24 sualı cavablandırıblar. Daha çox düzgün cavab verən 12 nömrəli tam orta məktəbin “Günnüt”, Qızlar Liseyinin “Mübariz” və 5 nömrəli tam orta məktəbin “Şahin” komanda­ları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
“Vətəni tanı” intellektual oyununda isə pazl şəklində olan Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Naxçıvan Qarnizonu tam orta məktəbinin “Azimut” komandası hamıdan güclü olub. Naxçıvan Qızlar Liseyinin “Azərbaycan” və 17 nömrəli tam orta məktəbin “Əlincə” komandaları isə olimpiadanı iki və üçüncü pillələrdə başa vurublar.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli tərəfindən qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, həmçinin oxunması zəruri olan kitablar təqdim edilib. Oyunlar nazirliyin rəsmi sosial şəbəkələrində canlı yayımlanıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR