21 Fevral 2020, Cümə

AMEA Naxçıvan Bölməsinin ­Rəyasət Heyətinin növbəti iclası ­keçirilib.
İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafında mühüm xidmətləri olan şəxslərin yubileylərinin keçirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Akademik, həmçinin Prezident İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi və Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamlar imzaladığını qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş Tədbirlər Planını təsdiq edib.

Sonra sözügedən hər iki sərəncamla əlaqədar nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar diqqətə çat­dırılıb­­. Qeyd olunub ki, bölmə­­­­­­nin elmi-tədqiqat müəssisələrinin əmək­­daşları kütləvi informasiya vasitələri üçün mövzu ilə əlaqədar materiallar hazırlamalı, açıq dərslər, dəyirmi masalar təşkil etməlidirlər. Bundan əlavə, bu mövzularda elmi konfrans və tədbirlərin keçirilməsi də qərarlaşdırılıb.
İclasda bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanotexnologiya və Nanoquruluşların öyrənilməsi” mövzusunda elmi məruzəsi dinlənilib və müzakirə olunub. Laboratoriya rəhbərinə gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.
Sonra bir sıra cari məsələlərə baxılıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR