28 May 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin yaradıcılıq potensialının yüksəldilməsi, təlim prosesində onların əyanilikdən, o cümlədən elektron lövhələrdən, laboratoriyalardan daha da səmərəli istifadə etmələrinin təmin olunması, fərqli rayon və məktəblərdən olan müəllimlər arasında fikir, təcrübə və ideya mübadiləsinə şərait yaratmaq məqsədilə təlim kursları təşkil edilir.
Bu tədbirlərin davamı olaraq yanvarın 28-dən Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ümumtəhsil məktəblərində tədris aparan fizika, kimya və biologiya müəllimləri üçün təlim kurslarına start verilib. Dördgünlük təlim kurslarına hər fənn üzrə 20 olmaqla, ümumilikdə, muxtar respublikanın ümumtəhsil məktəblərindən 60 fənn müəllimi cəlb edilib. Qeyd olunan fənlərin aktual mövzularına həsr olunmuş seminarlar yüksəkixtisaslı mütəxəssislər tərəfindən, müasir informasiya-­kommunikasiya texnologiyaları vasitəsilə keçirilir. Seminar çərçivəsində universitet şəhərciyi ilə, o cümlədən Botanika bağı və muzeyi, Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, elmi-­tədqiqat laboratoriyalarında praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Naxçıvan Dövlət Universitetinin elmi dərəcəli müəllimləri tərəfindən tədris olunacaq təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübə öyrəniləcək, müəllimlərin fənn laboratoriyalarından istifadə bacarıqlarının artırılmasına köməklik göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR