13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Son dövrlərdə milli təhsilimizin inkişafına təsir edən amillərdən biri də tətbiq olunan yeniliklərdir. Uşaqların məktəbəhazırlıq qruplarının yaradılması da həmin tədbirlərin tərkib hissəsidir.
Qeyd edək ki, məktəbəqədər yaş dövrü təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda uşaqlara bir çox dəyərlərin aşılandığı dövrdür. Çünki insanda təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə, onların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi də vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur və bu təhsil uşaqların təlim və tərbiyə prosesinin vəziyyəti və nəticəliliyi ilə müəyyən edilir.
Bəs hazırda ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti hansı səviyyədə aparılır? Bu və ya digər suallarla Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pərvin Mirzəyevaya müraciət etdik. Onun dediklərindən:

– Artıq bir neçə ildir ki, muxtar respublikamızın ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Həftədə 4 dəfə keçirilən məşğələlər oktyabr ayının 1-də başlayır və may ayının 31-də başa çatır. Qrupda bir gün әrzindә 3 mәşğәlә tәdris olunur. Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Belə qruplarda tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur. Mәşğәlәlәrә davamiyyәt vә tәdris olunan mövzu sinif jurnalında qeyd edilir, uşaqların tәlim nailiyyәtlәri şifahi formada qiymәtlәndirilir vә bu barәdә valideynlәrә mәlumat verilir. Təhsilə atılan ilk addım kimi mühüm əhəmiyyət daşıyan məktəbəhazırlıq qruplarında dərslər təcrübəli ibtidai sinif müәllimləri tәrәfindәn aparılır. Məqsəd uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə əvvəlcədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyəti və digər bacarıqları inkişaf etdirilir.
Pərvin Mirzəyeva onu da qeyd etdi ki, 5-6 yaş dövrü uşaqların inkişafında çox mühüm bir dövrdür. Bu dövrdə uşaqlarda düşünmə, qavrama və ətraf mühitlə münasibətlərində mühüm dəyişiklik­lər baş verir. Həmçinin uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur.
– Bu müddət ərzində uşaqlar nəyi öyrənə bilirlər? – sualını isə həmsöhbətim belə cavablandırdı ki, təlim prosesləri zamanı uşaqlar hərflərlə tanış olur, müxtəlif əşyalara və hadisələrə fikir bildirməyi, öz yaşıdları ilə ünsiyyət qurmağı və iş bölgüsünü öyrənirlər.
Dərs prosesi uşaqlarda təlimə, yaradıcılığa və dərketməyə maraq yaranmasına istiqamətləndiyi üçün ilin sonunda uşaqların ünsiyyət bacarıqlarında əhəmiyyətli irəliləmə hiss olunur, onlar nitqi dinləyib anlayır, sərbəst fikir bildirir, həm də daha rabitəli danışırlar. Həmçinin uşaqlar böyüklərə və həmyaşıdlarına qarşı xeyirxahlıq, qarşılıqlı kömək, dostluq, diqqət nümayiş etdirməyi öyrənirlər. Onlar hərfləri və rəqəmləri tanıyır, sadə riyazi əməlləri yerinə yetirə bilirlər. Uşaqlar bu yaşda kollektivə, məktəb həyatına öyrəndik­ləri üçün 1-ci sinifdə onlara məktəbə və dərslərə uyğunlaşmaq daha rahat olur.
Uşaqların daha çox nəyə həvəs göstərdiyini də öyrənmək istədik. Müsahibim bildirdi ki, onlar əyləncəli fiziki oyunları, həmçinin şəkil çəkməyi xoşlayırlar. Elə tapşı­rıqlar var ki, uşaqlar göstərilmiş nümunəyə əsasən verilmiş şəkli rəngləməli olurlar. İlk vaxtlarda uşaqların əksəriyyəti rəngləri ayıra bilmir, adlarını səhv salırlar. Bir müddət sonra isə rəngləri fərqləndirir və verilən tapşırığı asanlıqla yerinə yetirə bilirlər. Vurğulamaq istəyirəm ki, uşaqlar dərsə çox həvəslə gəlirlər. Bu məsələdə valideynlərin də rolunu qeyd etmək istərdim. Hər bir valideyn çalışır ki, övladı məşğələlərdə fəal iştirak etsin. Ona görə də onlar mütəmadi olaraq müəllimlərlə əlaqə saxlayır, evdə, əlavə olaraq uşaqlara nə öyrədə biləcəkləri haqqında ­soruşurlar.
Valideynlərdən söz düşmüşkən, məktəbdə olarkən övladları məktəbəhazırlıq qruplarına cəlb edilmiş valideynlərlə də həmsöhbət olduq. Naxçıvan şəhər sakini Zəkiyyə Abdullayeva söhbətində bildirdi ki, uşaqların bu məşğələlərə cəlb olunmaları onların məktəb həyatına, kollektivə alışmasına çox kömək edir. Əvvəllər elə olurdu ki, uşaqların çoxu sinif otaqlarına, müəllimlərə, digər yoldaşlarına alışana qədər uzun müddət vaxt keçirdi. Bu müddətdə isə, təbii ki, diqqət daha çox adaptasiyaya yönəldiyindən proqram üzrə dərslərin keçilməsi bəzi hallarda effektiv olmurdu. Ancaq indi vəziy­yət başqadır və təhsildə bu yeniliyin tətbiqini təqdir edirəm.
Digər valideyn Sevinc Mustafayeva da bildirir ki, belə hazırlıq qrupları uşaqların zehni inkişafı üçün mühüm mərhələdir. Çünki uşaqlar fərqli ailə mühitlərində böyüdükləri üçün bəzən valideynlər onların müəyyən biliklərə yiyələnməsində rol oynaya bilmirlər. Çox zaman pedaqoji və psixoloji biliklərin yetərsizliyi uşaqları düzgün yönləndirməyə imkan vermir. Amma məktəblərdə bu sahədə mütəxəssislərin olması, eyni zamanda kollektivçilik uşaqlara daha çox fayda verir. Yaxud da müasir dövrdə valideynlərin işlə əlaqədar olaraq vaxt azlığı da uşaqların hərtərəfli böyüməsinə müəyyən çətinliklər yaradır. Bütün bunlar məktəbəhazırlıq qruplarının uşaqların məktəb həyatına hazırlığında əhəmiyyətli rol oynadığını bir daha təsdiq edir.
Müşahidələrimizdən də gördük ki, məktəbəhazırlıq qruplarına maraq böyükdür, valideynlər uşaqlarını həvəslə məktəbə gətirirlər. Ümumtəhsil müəssisələrində 5 yaşlılarla iş metodikasını dərindən bilən mütəxəssislərimiz də kifayət qədərdir.
Qeyd edək ki, uşaqların məktəbə intellektual hazırlığı dedikdə, heç də onun oxuyub-yazmaq, misal həll etmək, çoxlu şeirlər söyləmək və sair bu tipli bacarıqları nəzərdə tutulmur. Əsas məsələ bu yaşda uşaqlara müşahidə, təhlil, qiymətləndirmə, sualqoyma, qərarvermə kimi ilkin vərdiş və bacarıqları aşılamaqdır.
Müəllimin sözlərinə görə, onlarda təfəkkür konkretdir. Sadə riyazi təfəkkürünü inkişaf etdirmək istədiyimiz uşaqlara imkan verməliyik ki, əlləri ilə toxuna biləcəyi oyuncaqlarla işləsin – onları bir yerə toplasın, gizlətsin, dolablara yığsın və sair.
Bəli, bu gün dövlət vəsaiti hesabına beşyaşlıların məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması təhsildə irəli atılan əhəmiyyətli addımlardan biridir. Ümid edirik ki, müəllimlər də bu yolda öz bilik və bacarıqlarını əsirgəməyəcək, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün səylə çalışacaqlar.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397730
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
725
5770
17560
56897
3397730

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter