21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Noyabrın 8-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs keçilib.

Açıq dərsdə muzeyin bələdçisi Ayşən Mehdiyeva qeyd edib ki, dövlət rəmzləri istənilən dövlətin tanınma nişanı, suverenliyinin, özünə­məxsus­luğunun rəmzidir. Bu rəmz­lərdə hər bir dövlətin, xalqın çoxəsrlik tarixi, milli dəyərləri və ənənələri öz əksini tapır. Qədim dövlətçilik tarixi və ənənələri olan çağdaş Azərbaycan dövlətinin müstəqilliyini və şərəfli keçmişini əks etdirən dövlət rəmzləri sırasında Azərbaycan Respublikasının Dövlət Bayrağı müstəsna yer tutur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı qəbul edilən üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılıb.
Diqqətə çatdırılıb ki, muxtar ­respublika rəhbərinin 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin tərtibatlı özülünün altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Muzey dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Onun ekspozisiyasında müxtəlif tarixi sənədlər və fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları da yerləşdirilib. Muzeydə, ümumilikdə, 164 eksponat vardır.
Vurğulanıb ki, bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də hər bir vətəndaş, xüsusən gənc nəsil bunu dərk etməli, qiymətləndirməlidir. Bayraq sevgisi, eyni zamanda ­Vətənə məhəbbəti ifadə edir.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299409
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3231
4291
11177
84055
3299409

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter