21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin və “Campus-France Azərbaycan” bürosunun koordinatoru Mədinə Mollayeva Naxçıvan Dövlət Universitetində olublar.
Əvvəlcə universitetin Media Mərkəzində qonaqlar “Universitet televiziyası” və “Nuhçıxan” radiosunun fəaliyyəti haqqında məlumatlandırılıb.
Sonra keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Fransanın Bordeaux, Puatye, Ruan universitetləri ilə əməkdaşlıq müqavilələrinin olduğunu diqqətə çatdıran rektor Anje, Brotan, Tur universitetlərinə də tərəfdaşlıq üçün müraciət edildiyini bildirib. Rektor qeyd edib ki, cari tədris ilindən etibarən universitetin Turizm və otelçilik ixtisası üzrə təhsil alan 1 tələbəsi təqaüd proqramı çərçivəsində ali təhsilini Fransada davam etdirir.

Qonaq Fransa ali təhsilinin təbliği, ölkənin ali məktəblərinə qəbul və beynəlxalq mobillik üzrə çalışan təşkilat – “Campus-France” haqqında məlumat verib. Bildirilib ki, səfər “Kənar şəhərlərdə Campus-France günləri” keçirmək məqsədilə könüllülük prinsipi əsasında dəvət olunmuş şəxslərin Naxçıvan Dövlət Universitetində fransız dilinin tədrisinə yardım etmək məqsədi daşıyır.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov qonağın təkliflərini dəyərləndirib və gələcək əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. Həmçinin Seymur Talıbov fransız dilinin tədrisinə kömək məqsədilə xüsusi proqram əsasında keçi­riləcək dərslərin əhəmiyyətini ­vurğulayıb.
Sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fransız dilindən dərs deyən müəllimlərlə görüş keçirilib. Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin ERASMUS+ təqaüd proqramından danışıb, müəllimlərin də bu proqram vasitəsilə təcrübə keçə biləcəklərini diqqətə çatdırıb.
Fransız-Amerikan Menecmentlik Mərkəzi, ERASMUS+ təqaüd pro­qramı və Fransada ali təhsil ilə bağlı təqdimat olub. Həmçinin ali təhsil ocağında “Campus-France” stendi qurulub, tələbələrə təhsil və təqaüd proqramları ilə bağlı təbliğat materialları paylanılıb. Təqdimat zamanı ikili fransız-Azərbaycan diplomunun əhəmiyyətini qeyd edən qonaq proqramın Avropa ­İttifaqı ölkələrindən olan tələbələr üçün nəzərdə tutulduğunu qeyd edib. Tələbələrin distant təhsil haqqında www.campusfrance.org saytı vasitəsilə də məlumat ala biləcəkləri bildirilib.
Sonda suallar cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299307
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3129
4291
11075
83953
3299307

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter