21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Şagirdlərin milli-mənəvi irsimizə aid biliklərinin canlı şəkildə, audiovizual vasitələrlə artırılması təmin edilir.
Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Duz Muzeyi arasında interaktiv dərs aparılıb. Muzeyin direktoru Camal Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamı ilə şagirdləri tanış edib, Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin məzarının, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib.

Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxarmağı öyrətməsi qeyd olunur. Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub. Bu isə 5 minillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib.

Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub.
Muzeydə nümayiş olunan qədim dövrdə insanların məişətdə istifadə etdiyi daş əmək alətləri, son dövrlərdə duzdan hazırlanmış əl işləri barədə geniş məlumat verilib.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299373
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3195
4291
11141
84019
3299373

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter