20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Uşaqların sağlam böyüməsi, düzgün tərbiyə edilməsi, intellektual biliklərə yiyələnməsi hər bir valideynin istəyidir. Bu istək təbiidir və onun yerinə yetirilməsi üçün müstəqil ölkəmizdə hərtərəfli imkanlar yaradılıb. Bu mənada, uşaqların məktəb yaşına qədər uşaq bağçalarında tərbiyə alması onların gələcək həyatlarında mühüm rol oynayır. Ancaq uşağı bağçaya qoyarkən bəzi valideynlər tərəddüd edirlər: Görəsən, övladıma yaxşı baxacaq, yeməyini vaxtlı-vaxtında verəcək, saatında yatıb-duracaq, onun tərbiyəsi ilə məşğul olacaqlarmı? Bu və bu kimi suallara cavab tapmaq üçün Naxçıvan şəhərindəki 11 nömrəli bağçada olduq.
Naxçıvan şəhərinin Atabəylər məhəlləsində 1981-ci ildən fəaliyyətə başlayan bağçanın binası 2010-cu il noyabr ayında yenidən qurulub.
Bağçanın müdiri Aynur Əhmədova bağça barəsində bizə məlumat verərək bildirdi ki, bu məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərdiyi 37 il müddətində dəfələrlə fəxri fərmanlarla, diplomlarla təltif olunub. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi “Milli dəyərlərimiz uşaqların aləmi ilə” mövzusunda müsabiqədə III yeri tutaraq hər iki təşkilatın diplomuna layiq görülüb. Bağçanın istedadlı körpələri 2015-ci ildə Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil etdiyi “Biz səndən öyrəndik vətənpərvərliyi” adlı şeir müsabiqəsində I, II və III yerləri qazanaraq fəxri fərmanlarla təltif olunublar.

Aynur xanım vurğuladı ki, uşaqların məktəbəqədər tərbiyəsində onların bu yaşlarında insanlara hörmət etməyi öyrənməsi, ilkin təhsil biliklərini qazanması çox vacib bir məsələdir. Bağçamızda çalışan kollektiv bunu dərindən dərk edərək öz işini bu istiqamətdə qurur.
Söhbətimizə müəllimə Lamiyə Paşayeva da qoşulur. O deyir ki, uşaqlar hər gün bağçaya gələrkən əvvəlcə səhər idmanı edirlər. Bu həm də onların günə pozitiv başlamasına bir növ vasitəçi olur. Eyni zamanda balacalara rəqslər və məntiqi oyunlar öyrədir, müsabiqələr keçiririk. Məntiqi oyunlarda uşaqlara yalnız istiqamət verilir. Yəni uşaqdan sualın cavabının düşünülərək tapılması tələb olunur. Bu da uşaqlarda elmə həvəsin artmasına kömək edir.
Balacaların hər gün rəsm çəkmək, onu boyamaq kimi məşğuliyyətlərə qatılması onların estetik zövqlərinin inkişaf etdirilməsi məqsədi daşıyır. Bununla uşaqların bu sahədəki qabiliyyətləri də inkişaf etdirilir.

Bağçada müəllimlər tərəfindən hekayələr oxunur, onlara şeirlər əzbərlətdirilir. Bununla uşaqlar məktəbə getməzdən əvvəl bir növ hazırlıq mərhələsi də keçirlər. Bağçada balacaların zehni oyunlara maraqlarını artırmaq da diqqət mərkəzində saxlanılır.
Uşaqlara öyrədilən ilk bilgilər yaş qrupuna görədir. Belə ki, 1-2 yaşında olanlara əşyaların adını, rəngləri ayırd etməyi, 3-4 yaşlılara həndəsi fiqurlar çəkməyi, rəqəmləri saymağı, 5 yaşlılara isə bunlarla yanaşı, sait, samit səslər, əlifba öyrədilir. Bağçada, həmçinin səhnəciklər də hazırlanır. “Kitabi-Dədə Qorqud”, “Balaca şahzadə” kitablarından kiçik parçalar səhnələşdirilərək uşaqlar tərəfindən oynanılıb.
Burada olarkən uşaqların bir neçəsi ilə də söhbət etdik. Onların hər biri bağçanı sevdiklərini, burada yaxşı, əyləncəli vaxt keçirdiklərini, rəngli kubiklərlə oynamaqdan xoşlandıqlarını söylədi. Balaca qızlar bizim üçün həm də “Can Qarabağ”, “Heydər babanın nəvələri”, “Bağçamız” adlı mahnıları ifa etdilər.
Sonda bağçanın tərbiyəçiləri burada yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıq etdilər. Onlar daha səylə çalışacaqlarını, balaca fidanların şən və xoşbəxt böyümələri üçün vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini bildirdilər.

Telli MUSTAFAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3162416
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
629
3743
22581
76963
3162416

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter