15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə iştirakçı, eyni zamanda bunlardan yararlanan sosial qrup kimi qəbul edir. Hazırda gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, ­irimiqyaslı layihələrin icrasına qoşulur, buradakı fəallıqları onların vətənpərvərlik ruhunun və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə stimul verir. Belə şərait isə gənclərə inteqrasiya, mübadilə, ən əsası yaşadığı bölgə üçün lazımlı fərd kimi yetişmək imkanları yaradır.

Müasir dövrün reallıqları yüksək bilik və bacarıqlara malik, dövrün tələblərinə cavab verə biləcək insan kapitalının formalaşdırılmasını tələb edir. Xüsusilə bilik və informasiya mübarizəsinin getdiyi bir dövrdə əsas qüvvə olaraq gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu mənada, ölkənin gələcək inkişafı insan kapitalından, bu isə mükəmməl təhsil sistemindən asılıdır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda həmin sahə xüsusilə diqqət mərkəzindədir.
Təhsil ocaqlarında, eləcə də məktəb­dənkənar təhsil müəssisələrində gənclərin elmə, təhsilə marağını artıran müxtəlif bilik yarışlarının keçirilməsi əsas hədəflərdən biridir. Bu gün Naxçıvan Muxtar Respublikasında da gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi üçün müxtəlif layihələr həyata ­keçirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikamızda yeniyetmə və gənclər arasında mütəmadi olaraq intellektual oyunlar təşkil edilir. “Xəmsə”, “Axtar tap”, “Kim? Nə? Hara?”, “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı”, “Azərbaycanı tanı”, “İntellektual gənc”, “Xəzinə axtarışı” və sair kimi oyunlar, əslində, uşaq, yeniyetmə və gənclərin həyatında mühüm dəyişikliklərə səbəb olur. Belə oyunlar yeniyetmə və gənc­lərin intellektual inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Bu gün hər bir gənc müasir dövrün tələblərini təhlil etmək və onun əsasında qərar qəbul edə bilmək bacarığına malik olmalıdır. Buna görə də intellektual oyunlarda iştirak etmək gəncləri gələcəkdə bir mütəxəssis kimi formalaşdırmaqda, özünü təsdiq etməkdə böyük rol oynayır. Bu zaman ortaya bir sual çıxır: Bəs məktəbli yeniyetmələrin həyatında intellektual oyunlar hansı rolu oynayır?
Belə oyunlar vasitəsilə məktəblilər arasında ünsiyyət qurulur, onlar özlərinə yeni dostlar qazanırlar. Yeniyetmələr, həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən məktəbliyə təsir edir, onun inkişafında böyük rol oynayır. Araşdırmalar göstərir ki, intellektual oyunlarla məşğul olan məktəblilərin elmi bilikləri mənimsəmələri 40 faiz­dən yuxarıdır.
Müasir dövrdə elm inkişaf etdik­cə yeniyetmə və gənclərin bilik və bacarığını təkmilləşdirən meyarlar da meydana çıxıb. Gənclərin intellektual oyunlara cəlb edilməsi isə uğurlu bir addımdır, çünki onların intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər hərtərəfli inkişafa hesablanmış ­addımlardır. Bu gün Naxçıvanda keçirilən intellektual oyunlarda onlarla komanda mübarizə aparır. Bu oyunların komanda şəklində keçirilməsi isə onların kollektivləşməyə, kollektiv oyunlara marağını artırır. Belə yarışlarda iştirak edən gənc­lərin böyük əksəriyyətinin həm savadı, həm səviyyəsi onların daha böyük yarışlara cəlb edilməsinə imkan yaradır.
Yeniyetmə və gənclərimizin iştirak etdiyi intellektual yarışlarda sualların çoxunun ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası ilə bağlı olmasını isə ələlxüsus qeyd etmək lazımdır. Bu, onlarda həm vətənpərvərlik hisslərinin yüksəldilməsinə, həm də milli şüurun formalaşdırılmasına öz təsirini göstərir. Məsələn, “Vətəni tanı” adlı intellektual oyun birbaşa Azərbaycançılığın, vətənpərvərliyin, qəhrəmanlığın, tarix və coğrafiyamızın geniş təbliğinə xidmət edir. Yaxud “Azərbaycanı tanı” intellektual oyununda Azərbaycan dövlətinin, onun ərazisinin, təbii sərvətlərinin, flora və faunasının tanıdılması iştirakçılarda vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayır.
Təcrübə göstərir ki, intellektual yarışlarda qalib gələn komanda üzvləri ali məktəblərə yüksək ballarla qəbul olurlar. Belə ki, intellektual yarışların iştirakçılarından 30 nəfəri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanıblar.
Son zamanlar geniş vüsət alan bu intellektual oyunların qalibləri isə mütəmadi olaraq mükafatlandırılırlar. Onların ən böyük mükafatı isə budur: gənclər belə oyunlarda iştirak etməklə həm özlərinin bilik səviyyəsini, həm də müasirləşən dünyanı öyrənirlər.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407223
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
764
4561
27053
66390
3407223

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter