15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızda hər sahədə olduğu kimi, təhsildə də tərəqqi dövrü yaşanır. Təhsil müəssisələrində müasir infra­strukturun yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazalarının gücləndirilməsi məzunların qəbul imtahanlarında yüksək nəticələr qazanmalarını təmin edir. Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kurslarının təşkili də bu istiqamətdə görülən işlərin real nəticəsidir. Kurslar yüksək biliyə malik abituriyentlərin hazırlanmasında, müxtəlif xarici dillərin tədrisində, məktəbəqədər və ibtidai sinif şagirdlərinin istedadlarının üzə çıxarılmasında mühüm rol oynayır. 

 “İstedad-XXI əsr” hazırlıq kursları 2014-2015-ci tədris ilindən etibarən fəaliyyətə başlayıb. 2017-2018-ci tədris ilindən kursun Şərur, Şahbuz, Culfa və Ordubad filialları yaradılıb. Bir ildir ki, fəaliyyətə başlamasına baxmayaraq, Ordubad filialı da böyük uğurlara nail olub. Filialın direktoru Gündüz Babayev söhbətində bildirdi ki, müasir təlim modeli və tədris üsulları ilə işləyən, yüksək intellektə malik bacarıqlı müəllim heyəti təhsilimizə öz töhfəsini verməyə çalışır. Əsas vəzifəsi şagirdlərin dünyagörüşünü inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, ölkəmizin inkişafı naminə fədakarlıqla çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir. Kurs öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş prinsipləri əsas tutur. Həmçinin təlim-tərbiyə prosesinin təşkilini, tədris material­larının keyfiyyətlə mənimsənilməsini, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsini diqqətdə ­saxlayır.

Öyrəndik ki, Ordubad Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin 3-cü mərtəbəsində kurs üçün sinif otaqları ayrılıb, maddi-texniki bazası gücləndirilib, buraya imtahan yolu ilə ixtisaslı müəllimlər cəlb olunublar. Müəllim və dinləyicilərin ixtiyarına 4-ü elektron lövhəli olmaqla, 12 sinif, 1 qeydiyyat otağı verilib.
2017-2018-ci tədris ili ərzində kursda 14 müəllim 69 dinləyicinin Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, kimya, fizika, biologiya, xarici dillər, coğrafiya fənlərindən imtahanlara hazırlıq mərhələsi ilə məşğul olub. Dinləyicilər üçün hər ay kursdaxili pulsuz sınaq imtahanları, fənlər üzrə daxili qiymətləndirmə testləri keçirilib. Şagirdlər, eyni zamanda muxtar respublikada keçirilən sınaq imtahanlarında da iştirak ediblər.
Ötən tədris ilində 28 nəfər 11-ci sinif dinləyicisi kursda təhsil alıb ki, onların da hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi keçid balını toplayan abituriyentlər ixtisas seçimi mərhələsinə buraxılıb, filial 100 faiz qəbul nəticəsi göstərib. Dinləyicilərdən üç məzun kursun yaratdığı üstünlüklərdən yararlanaraq qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. İmtahanda kursdaxili ən yüksək balları Vənənd kənd tam orta məktəbinin məzunları Əli Nağıyev və Sunay Rəsulzadə toplayıblar. Belə ki, Əli Nağıyev IV qrup üzrə 657, Sunay Rəsulzadə III qrup üzrə 610 balla müəllim və valideynlərini sevindiriblər. Unus kənd tam orta məktəbinin məzunu Fatimə Hüseynova isə III qrup üzrə imtahan verərək 622 bal toplayıb.
Həmsöhbət olduğumuz Əli Nağıyev dedi ki, orta məktəbdə oxuduğu vaxtdan texniki fənlərə daha çox maraq göstərir, fənn olimpiadalarında fəal iştirak edirdim. Arzum yüksək nəticə qazanmaq idi. Bunun üçün səylə çalışdım və istədiyim nəticəni əldə etdim. Bu uğuru qazanmağımda təhsil aldığım məktəblə yanaşı, hazırlıq keçdiyim kursun da böyük rolu oldu. Buna görə də bizə dərs deyən müəllimlərimə və yaradılan hərtərəfli şərait üçün dövlətimizə minnətdaram.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407199
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
740
4561
27029
66366
3407199

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter