25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür.
Görkəmli dövlət xadiminin ölkə­mizə rəhbərliyinin birinci dövründə əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən ehtiyac duyulan ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün ulu öndərimiz hər il azərbaycanlı gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın gənc göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.

Müstəqillik illərində də Azərbaycanda təhsilin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildən başlayaraq təhsil sahəsində uğurlu islahatlar aparılmış, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilmiş, müasir tələblərə cavab verən təhsil ocaqları tikilib istifadəyə verilmişdir.
Bu gün təhsil siyasəti görkəmli dövlət xadiminin təməlini qoyduğu, möhkəmləndirdiyi etibarlı zəmin üzərində davam və inkişaf etdirilir. Heydər Əliyev siyasi kursunun ­layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir.
Muxtar respublikamızda da bu istiqamətdə görülən işlər, həyata keçirilən təqdirəlayiq tədbirlər hər birimizə fəxarət hissi yaşadır. Son illərdə muxtar respublikada yüzlərlə orta məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə quraşdırılmış, şagirdlərin istifadəsinə zəngin fonda malik kitabxanalar, ­laboratoriyalar və fənn kabinələri verilmişdir.
Bu tədbirlərdən muxtar respublikanın ali məktəbləri də bəhrələnib. Çalışdığım Naxçıvan Müəllimlər İnstitutuna da muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan pay düşüb. Belə ki, cari il may ayının 16-da ölkə başçısının iştirakı ilə institutun yenidən qurulmuş binası istifadəyə verilib. Altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında, ümumilikdə, 43 auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları və bir sıra fənn kabinələri üçün tədris fondları müəllim və tələbələrin ixtiyarına verilib. Təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya və digər fənn kabinələri tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. Yeni bina kollektivin məsuliyyət hissini daha da artırıb. Qarşıya qoyulan vəzifələr, yaradılan şərait şərəfli bir işi yerinə yetirən biz müəllimlərə əlavə stimul verib. Bu da ixtisaslı kadr hazırlığında başlıca amillərdən biridir.
Təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması da bunu bir daha təsdiq edir.
Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir şəraitin nəticəsidir ki, ümumtəhsil məktəblərinin məzunları həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 2017-2018-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2803 məzun bitirmişdir. Yüksək bal toplayan abituriyentlərin keyfiyyət göstəricisində əvvəlki illə müqayisədə artım olmuşdur. Belə ki, ötən tədris ilində 600-700 intervalında nəticə göstərənlərin sayı 30 faiz artaraq 77 nəfərdən 100-ə, 500-600 intervalında nəticə göstərənlərin sayı isə artaraq 212-dən 231-ə yüksəlmişdir. Həmçinin əvvəlki ildə 500-700 arası bal toplayan məzunlardan 165-i muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük vermişlərsə, cari ildə bu rəqəm 182 olmuşdur.
Hər il yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ənənəyə çevrilən görüşü də muxtar respublikada təhsilə göstərilən böyük qayğı olmaqla yanaşı, həm də gəncləri təhsildə böyük uğurlar qazanmağa səsləyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri avqust ayının 20-də tələbələrlə keçirdiyi görüşdə demişdir: “Dövlətin məqsədi ondan ibarətdir ki, yaradılmış müasir təhsil şəraitindən istifadə edən gənclər düzgün həyat yolu seçsinlər. Çünki yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər”.
Dövlətimiz hər zaman müəllimlərin əməyini, qabaqcıl təhsil müəssisələrinin əldə etdiyi müsbət nəticələri yüksək qiymətləndirir, onları ali təltiflərə layiq görür. Ən ucqar dağ kəndlərində belə, müasir memarlıq üslubunda məktəb binalarının tikilməsi, onların hər cür maddi-texniki baza ilə təmin olunmasının nəticəsidir ki, ali məktəbləri yenicə bitirmiş kadrlar da heç tərəddüd etmədən bu təhsil ocaqlarında pedaqoji fəaliyyətə başlayırlar. Naxçıvan ­Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir.

Bu gün davamlı olaraq təhsil sahəsində islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz Heydər Əliyev ideyalarından güc alır.

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064442
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3048
4327
7375
115773
3064442

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter