17 Noyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş, insanın bəzəyi və hər bir kəsin bütün ömürboyu köməyinə yetən dəyərlərdir. Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir. Bu gün muxtar respublikamızda bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “İqtisadiyyatda, mədəniyyətdə, elmdə – həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir”.

Muxtar respublikamızın sərhəd bölgəsi olan Sədərək rayonunda da təhsilə göstərilən dövlət qayğısı nəticəsində qazanılan uğurların sayı ilbəil çoxalır. Bunun ifadəsidir ki, bölgədə fəaliyyət göstərən dörd tam orta məktəbi bitirən məzunların ali məktəblərə qəbul imtahanlarındakı keyfiyyət göstəriciləri də artmaqdadır. Bunu 2017-2018-ci tədris ilinin nəticələrində də görmək olar. Belə ki, ötən tədris ilində həmin təhsil ocaqlarını bitirmiş 74 məzundan 54-ü qəbul imtahanlarında iştirak edib, onlardan 39-u tələbə adına layiq görülüb, 10 məzun 500-700 intervalında bal toplayıb.
Ən yüksək nəticəni Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Gülnar Səlimli əldə edib. Onu da qeyd edək ki, Gülnar orta məktəbi “Qızıl” medalla bitirib. Bizimlə söhbəti zamanı dedi ki, məzunu olduğu məktəb müasir binası ilə göz oxşayır. Bu təhsil ocağının binası düşmənin bir addımlığında yerləşməsinə baxmayaraq, burada qorxmadan dövlətimizin yaratdığı şəraitdən istifadə edir, təhsil alırıq. Bu il qəbul imtahanlarında II ixtisas qrupu üzrə iştirak edərək 665 bal toplamışam.
Məktəb illərində qazandığı uğurlardan danışan Gülnar deyir ki, keçən tədris ilində “Oxunması zəruri olan kitablar” mövzusunda məktəblilər arasında keçirilən intellekt yarışının muxtar respublika üzrə qalibi olub. Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadasında coğrafiya fənni üzrə iştirak edib və III yerə layiq görülərək bürünc medal qazanıb. Gülnar Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasına qəbul olub. Onu da qeyd edir ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək bal toplayan məzunlarla görüşü hamımız üçün qürurverici oldu. Çəkdiyimiz zəhmətin belə yüksək səviyyədə dəyərləndirilməsi bizi çox sevindirdi. Həmin görüşdə Ali Məclisin Sədri dedi: “Dövlətin məqsədi ondan ibarətdir ki, yaradılmış müasir təhsil şəraitindən istifadə edən gənclər düzgün həyat yolu seçsinlər. Çünki yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”. Bu sözlər mənim və mənim kimi dövlətimizin qayğısı ilə əhatə edilən tələbələrin gələcək həyatında qazanacağı uğurlar üçün böyük stimul olacaq.
Rayonun ikinci böyük təhsil müəssisəsi Sədərək kənd 2 nömrəli tam orta məktəbidir. Bu tədris ilində məktəbin 28 məzunu olub. Onlardan 17-si ali məktəblərə qəbul imtahanlarında iştirak edib, 16-sı ali təhsil almaq şansı qazanıb. 2 abituriyent 500-700 intervalında bal toplayıb. Məktəb üzrə ən yüksək nəticəni Nərgiz Salahlı göstərib, o, 631 balla Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisasına qəbul olub. O, öz sevincini bizimlə belə bölüşdü: – Mən lap uşaqlıqdan həkimlik sənətini sevirəm. Deyirlər ki, hələ lap bağça yaşımda olanda ata-anamdan ad günümə həkimlər geyinən ağ xalatdan almağı xahiş etmiş və gələcəkdə həkim olacağımı söyləmişəm. Bu gün öz arzuma çatdığım üçün çox sevincliyəm. Amma qarşıda daha məsuliyyətli bir dövr vardır. Tələbə adını qazanmaqla iş bitmir. Daha çox oxumaq, öz üzərində işləmək lazımdır. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimləri bundan sonra da ­sevindirim.
Aysun Qədimova isə Qaraağac kənd tam orta məktəbinin məzunudur. O, qəbul imtahanında 589 bal toplayaraq müəllimlərini və valideynlərini sevindirib, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Aysun deyir ki, ölkəmizdə insan amilinə, təhsilə çox ciddi diqqət yetirilir. Uğurlarımızın təməlində, ilk növbədə, dövlət qayğısı dayanır. Məktəbimizdə şagirdlərin müasir informasiya texnologiyalarının sirlərinə mükəmməl yiyələnmələri üçün yaxşı şərait vardır. Müasirtipli kompüterlər, elektron lövhəli sinif otaqları şagirdlərin ixtiyarına verilib ki, bu da təhsildə keyfiyyət dəyişikliklərinə zəmin yaradıb. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq.
Bu gün doğma diyarımızda ulu öndərin əsasını qoyduğu təhsil siyasəti uğurla davam etdirilir, təhsil infrastrukturu yenilənir. Bütün bu işlər isə muxtar respublikanın blokadada olduğu bir şəraitdə, dünyanı bürüyən iqtisadi böhran fonunda görülür. Bu isə o deməkdir ki, dövlətimiz hər an xalqımızın gələcəyi olan uşaqlara, onların yaxşı oxuması üçün gərgin əmək sərf edən təhsil işçilərinə qayğı göstərir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3283922
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2407
3444
21691
68568
3283922

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter