18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dövlət İmtahan Mərkəzi  iyulun 10-da V ixtisas qrupu üzrə ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi və eksternat qaydasında təhsil sənədi almaq istəyənlər üçün buraxılış imtahanı keçirib.  

İmtahanlar respublikanın 9 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunub və imtahanda, ümumilikdə, 26014 nəfər iştirak edib.
İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18 min 116 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX, 2614 nəfər isə XI sinif şagirdləri iştirak edib.

İmtahanların idarə­olunması üçün 170 imtahan rəhbəri, 2073 ­nəzarətçi-müəllim cəlb edilib.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərində imtahanlar ­ 7 və 14 nömrəli, Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib.
136 nəzarətçi, 10 imtahan rəhbəri, 3 ümumi rəhbərin iştirak etdiyi imtahanda nəzarətçilərin hamısı muxtar respublikadan, 10 imtahan rəhbərindən 3-ü Dövlət İmtahan Mərkəzinin, 7-si regional imtahan rəhbərləri bazasından olub. Ümumilikdə, 1464 abituriyent imtahan verib.
İmtahanlar bütün binalarda eyni vaxtda – saat 1000-da başlanıb. Ümumi orta təhsil bazasından sənəd verənlər üçün qəbul imtahanının II mərhələsinin müddəti 1 saat 30 dəqiqə, tam orta təhsil bazasından sənəd verənlər üçün 2 saat 15 dəqiqə, eksternat qaydasında təhsil sənədi almaq istəyənlər üçün isə buraxılış imtahanının müddəti 2 saat 45 dəqiqə davam edib.
İmtahanların nəticələri bir neçə gün sonra Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) ­yerləşdiriləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3287100
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1948
3637
24869
71746
3287100

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter