15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

İyun ayının 14-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, daha bir tədris ilinin sonu, buraxılış sinifləri üçün “Son zəng” günüdür.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm verib. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin inkişafını təhsildə görüb, insanların savadlanması, gənclərin elm, bilik öyrənməsi qayğısına qalıblar. Azərbaycanda “Son zəng” gününün hər il böyük sevinc hissi ilə qeyd olunması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının göstəricisidir.
Başa vurduğumuz son tədris ilində qazanılan nailiyyətlər də bunu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər muxtar respublikamızda təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə həm sənəd vermə, həm də tələbə qəbulunun səviyyəsi ilbəil artmaqdadır. Artıq bir neçə ildir ki, sənəd qəbulu internet vasitəsi ilə həyata keçirilir, muxtar respublikamızda bununla bağlı hər cür şərait yaradılıb. Nəticədə, 2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290 nəfəri, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd verib. Onların 610-u I, 617-si II, 761-i III, 148-i IV, 154-ü isə V ixtisas qrupunu seçiblər. Sənəd verən məzunların 1228 nəfəri, yəni 53,6 faizi oğlan, 1062 nəfəri, yəni 46,4 faizi qızlardır.

Məlumdur ki, 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi – yaz imtahanları artıq başa çatıb. Ali məktəblərə I-IV ixtisas qrupları üzrə sənəd qəbulu və yaz imtahanları nəticələrinin təhlili göstərir ki, muxtar respublika məktəbliləri imtahanlarda uğur qazanıblar. Belə ki, ali məktəblərə qəbul üçün sənəd vermiş məzunlardan 1363-ü 200-700 intervalında bal toplayıb. 150-200 intervalında bal toplayanlar da əlavə olunduqda 1578-dən çox məzun 150-700 intervalında nəticə göstərərək 2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının birinci – yaz imtahanlarında müsabiqə balını toplayıblar. Bu nəticə ayrı-ayrı rayonlar üzrə aşağıdakı kimidir: Naxçıvan şəhəri üzrə 333, Şərur rayonu üzrə 283, Babək rayonu üzrə 257, Ordubad rayonu üzrə 159, Culfa rayonu üzrə 191, Şahbuz rayonu üzrə 76, Kəngərli rayonu üzrə 98, Sədərək rayonu üzrə 35, Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 146 nəfər müsabiqə balını toplayıb.
Yaz imtahanının nəticəsi göstərir ki, cari il məzunlarından 278-i 500-700 intervalında bal toplayıb.
Məzunlar üçün yeni dövr başlayır. İnanırıq ki, ümumtəhsil məktəblərində aldıqları biliklər həyatda layiqli yer tutmaq üçün onlara kömək edəcəkdir. Bu gün ümumtəhsil məktəblərimizdə yaradılan şəraitə uyğun olaraq təhsilin səviyyəsi yüksək olduğu üçün məzunlarımız ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında uğurlu nəticələr qazanırlar. Bu isə bir daha belə deməyə əsas verir ki, muxtar respublika təhsili qısa müddət ərzində çox böyük nailiyyətlər əldə edib.
Bu gün muxtar respublikamızda “Son zəng” günü yüksək əhval-­ruhiyyə ilə qeyd olunur, təhsil ocaqları ölkəmizin daha da qüdrətlənməsi naminə çalışmaq arzusunda olan, bu arzunu gerçəkləşdirmək üçün ali təhsil almağa tələsən şagirdlərini uğurlayır. Hər ötən təhsil ilini yeni-yeni uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, yaradılan təhsil mühitindən daha səmərəli istifadə etməyə çalışırlar. Bu gün bilik məbədlərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikamızda insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır.

Mahir Babayev
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1261
4561
27550
66887
3407720

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter