17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda elmi forum keçirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində keçirilən forumu giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacı­yev açaraq bildirib ki, muxtar respublikamızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği daim diqqət mərkəzində saxlanılır, bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, multikulturalizmin, tolerantlığın mövcud olduğu ölkəmizdə bu gün təkcə islami dəyərlər təbliğ olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması da milli və mənəvi dəyərlərimizin təbliği baxımından yeni imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “İslam dininin milli-mənəvi dəyərlərimizdən olan bayramlarımıza verdiyi dəyər” mövzusunda çıxış edərək qeyd edib ki, İslam dini başqa dinlərdən fərqli olaraq bütün bəşəriyyət üçün meydana gəlmişdir. İslam humanist bir din kimi yayıldığı ərazidəki xalqların adət-ənənəsinə böyük hörmət göstərmişdir. Əgər həmin adət və ənənələrdə dinə zidd heç bir ünsür yoxdursa, İslam dini onu rədd etməmiş, əksinə, qoruyaraq daha da inkişaf etməsinə kömək olmuşdur. Bu səbəbdən İslam dini yayıldıqdan sonrakı illərdə də Azərbaycanda dini bayramlarımız olan Qurban və Ramazan bayramları ilə yanaşı, Xızır Nəbi və Novruz bayramları da həmişə yüksək şəkildə qeyd olunub.

Vurğulanıb ki, İslam düşüncəsinə görə, bayram, hər şeydən əvvəl, sosial mahiyyəti olan bir məfhumdur. Bayram – insanlar arasında mehribanlıq və sevgi yaradan, qohumlar arasındakı bağlılığı təmin edən, küsülüləri barışdıran, könülləri sevindirən, kimsəsizlərə ümid verən sosial hadisədir.
AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli “Qurban bayramının əhəmiyyəti” mövzusunda çıxış edərək bildirib ki, xalqımızın geniş qeyd etdiyi bayramlar içərisində Qurban bayramının özünəməxsus yeri vardır. İslamın qəbulu ilə məişətimizə daxil olan və sadəcə, qurbanlar kəsilib paylamaqdan ibarət olmayıb xeyirxahlıq, nəciblik, humanist xarakter daşımaqla sosial əhəmiyyət kəsb edən bu bayram əhali tərəfindən bütün dövrlərdə qeyd olunub. Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən ona təqvim bayramı statusu verilib. İndi respublikamızda hər il Qurban bayramı günlərində iki gün qeyri-iş günü olur və rahat şəkildə keçirilir. Bayram ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da dövlət səviyyəsində geniş miqyasda qeyd olunur.
Forumda Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şuranın sədri Sahib Məmmədovun “İslam həmrəyliyinin dini bayramlarımızda təzahürü”, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Səbuhi İbrahimovun “Naxçıvan alimlərinin əsərlərində Ramazan və Qurban bayramlarına verilən dəyərlər”, “Naxçıvan” Universitetinin müəllimi Bəhruz Gülmalıyevin “Ramazan bayramının cəmiyyət üçün faydaları” mövzularında məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, elmi forumda Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura, şəhər və rayon dini icma sədrləri və ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149336
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
800
4297
9501
63883
3149336

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter