24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Məlum olduğu kimi, aprel ayının 28-29-da Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Auditorlar Palatası da daxil olmaqla, nüfuzlu birlik və təşkilatların dəstəyi ilə 2-ci Milli Mühasibat Forumu keçirilib.
Həmin forumda mühasibatlıq və vergi sahəsində yazılmış 50-yə yaxın kitab müsabiqəyə buraxılıb. Vergi qanunvericiliyi sahəsində yazılmış kitablar arasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı və “Naxçıvan” Universitetinin müəllimləri İsmayıl Bağırovun və Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik izahı” adlı kitabı birinci yerə layiq görülüb. Dünən “Naxçıvan” Universitetində həmin kitabın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq müəllifləri təbrik edib, kitabın elmi məziyyətlərindən danışıb. Bildirilib ki, dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilib, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapıb. Hər bir fəslin sonunda isə istifadəçilərin, xüsusən də vergi orqanlarında işləmək arzusunda olan namizədlərin sərbəst hazırlığı üçün mövzulara aid test tapşırıqları və praktik məsələlər verilib. Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, vergi sistemi işçiləri, həmçinin vergitutmanın əsaslarını müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə müdiri Abbas Səfərovun, Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Ceyhun Mahmudovun və “Naxçıvan” Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərovun çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsində vergi orqanı sahəsində çalışan əməkdaşlara yaradılmış işgüzar şəraitin bəhrəsidir. Bu kitab vergi qanunvericiliyi ilə bağlı qiymətli dərs vəsaiti olmaqla yanaşı, bu sahə ilə maraqlanan vətəndaşların, vergi sahəsində fəaliyyət göstərən əməkdaşların stolüstü kitabına çevriləcəkdir.
Sonda çıxış edən müəlliflər göstərilən qayğıya, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını bildiriblər.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3057995
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
928
4261
928
109326
3057995

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter