21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Artıq onuncu ildir ki, rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turniri keçirilir.
Qeyd edək ki, olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır.
Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiada başlanmazdan əvvəl şagirdlərin ifasında ədəbi-bədii proqram təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Əliyev, məktəbin direktoru Samirə İsmayılova çıxış edərək qonaqları salamlayıb, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıblar.

“Rossotrudniçestvo” Agent­liyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Naxçıvanda olmasından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, keçirilən olimpiadalar rus dili və ədəbiyyatının mənimsənilməsi və təbliği baxımından uğurlu nəticələr verməkdədir. Beşinci ildir ki, Naxçıvanda keçirilən olimpiadaya rəhbərlik edən Valentin Denisov Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında rus dilində məktəblərin fəaliyyət göstərməsini sevindirici hal kimi qiymətləndirib. Xüsusilə də gənclərin rus dilini öyrənmələrinin onların gələcək həyatlarında əhəmiyyətli rol oynayacağını vurğulayan nümayəndəliyin rəhbəri onun təbliğində dövlətin göstərdiyi diqqət və qayğının təqdirəlayiq olduğunu deyib. Vurğulayıb ki, Azərbaycan məktəblərində rus dilinin tədris olunması iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı mədəni inkişafın göstəricisidir. Bu gün Naxçıvanda bütün sahələr kimi, təhsil də sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də muxtar respublikada mütəmadi olaraq müxtəlif olimpiadaların keçirilməsidir.
Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin təhsil proqramlarının kordinatoru Alenina Olesya çıxışında belə tədbirlərin Rusiya və Azərbaycanın qarşılıqlı əlaqələrinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıb. Qonaqlar olimpiadanın keçirilməsində göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Şagirdlərə qaydalar haqqında məlumat verildikdən sonra olimpiadanın zona turniri başlayıb. Bilik yarışında 64 şagird iştirak edib.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3048064
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3825
5665
25296
99395
3048064

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter