24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Aprelin 13-də və 14-də Türkiyənin Ərzurum Atatürk Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının ­ 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Simpozium iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxıblar.
Dövlət himnləri səsləndirildikdən sonra Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömer Çomaklı çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağında belə bir konfransın keçirilməsinin qürurverici olduğunu diqqətə çatdırmış, ulu ­öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin yaradılması və inkişafı sahəsindəki xidmətlərindən, eləcə də müasir dövrdə ikitərəfli münasibətlərin inkişafı sahəsində görülən işlərdən danışmışdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov konfransda çıxış edərək demişdir ki, Heydər Əliyev siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə, dünya birliyində layiqli yerini tutmasına nail olmuşdur. Dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə, Türk dünyasını əhatə etmişdir. Türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verən ulu öndərin Türk dünyasının gələcəyi ilə bağlı fikirləri müstəqil türk dövlətləri ilə əlaqələrdə mühüm yer tuturdu. Türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində Türk dünyasının birliyinin təmin olunması, qüvvələrin birləşdirilməsi, beynəlxalq nüfuzunun daha da gücləndirilməsi və bunun üçün müstəqil türk dövlətlərinin imkanlarından istifadə edilməsi ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələr idi. Bu məqsədlərin həyata keçirilməsində O, Türkiyə Cümhuriyyətinin rolunu yüksək qiymətləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanla Türkiyə arasında əlaqələrin əsası qoyulmuş və bu gün bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmişdir.
Qeyd olunmuşdur ki, tarixi-­siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” ­fikirlərinə əsaslanmışdır. Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer almış, Azərbaycan-Türkiyə əlaqələri, türkdilli dövlətlərin siyasi və iqtisadi əməkdaşlığı regional əməkdaş­lığın genişlənməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Ümummilli lider Heydər Əliyev Türkiyə ilə ­qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə də sıx əməkdaş­lığı prioritet saymışdır.
Dünyanın siyasi mənzərəsini dəyişən “Əsrin müqaviləsi”, “Böyük İpək Yolu”, TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri hər zaman xatırlanır. Bundan əlavə, Məhəmməd Füzulinin 500, Türk dünyasının ana kitablarından olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin YUNESKO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, Türk dünyası üçün onlarla taleyüklü məsələlərin irəli sürülməsi və müzakirəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev “Manas” dastanının 1000, böyük qazax şair-filosofu Abayın 150, Özbəkistanın böyük dövlət ­xadimi, Türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, qazax şairi A.Kunanbayevin 125, özbək yazıçısı M.Şeyxzadənin 70 illik yubileylərinin Azərbaycanda qeyd olunmasını böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak etmiş və bu əməkdaşlıq formatında Azərbaycanın təşəbbüskar mövqeyi hər zaman ifadə olunmuşdur.
Ümummilli lider Heydər Əliyev türk xalqlarının yaxınlaşması zəruriliyindən bəhs edərək demişdir: “Xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ulu öndər Heydər Əliyevin Azərbaycanın xilası, müstəqilliyinin möhkəmləndirilməsi və qardaş Türkiyə ilə əlaqələrinin inkişafındakı xidmətlərindən bəhs edib.
Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen ümummilli liderin türkdilli ölkələr arasında əlaqələrin qurulmasındakı fəaliyyətindən bəhs edib, konfransın Ərzurum şəhərində keçirilməsindən qürur hissi duyduqlarını vurğulayıb. Bələdiyyə sədri ümummilli liderə ehtiram əlaməti olaraq Ərzurum şəhərində dahi ­şəxsiyyət Heydər Əliyevin adına park salındığını da diqqətə çatdırıb.
Türk millətinin şanlı tarixinin hər dövründə böyük liderlər yetişdirdiyini qeyd edən Ərzurum valisi Seyfəddin Əzizoğlu Azərbaycanın bölgədə inkişaf və tərəqqisinin, sabitliyinin təmin edilməsinin ulu öndərin adı ilə bağlı olduğunu bildirmişdir.
Qeyd edək ki, beynəlxalq simpozium 11 ölkənin 13 universitetində “Heydər Əliyev: “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda təşkil olunan silsilə tədbirlər səviyyəsində keçirilir. Konfransın işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Gürcüstandan 52 nümayəndə iştirak edib. Konfrans öz işini 12 seksiyada davam etdirib.
Bölmə iclaslarında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın “Ulu öndər Heydər Əliyev və Türkiyə-Naxçıvan əlaqələri” (1991-1993), universitetin İncəsənət fakültəsinin kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Cəfərovanın “Heydər Əliyev irsində milli mədəniyyətin yeri, rolu və əhəmiyyəti” mövzularında çıxışları dinlənilib.

Naxçıvan Dövlət Universitetinin
Mətbuat şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2268801
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3208
5530
8738
135863
2268801

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter