21 İyul 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Şərur Rayon Mədəniyyət Evində Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Şərur rayon birinciliyi keçirilib.

Olimpiadanın keçirilməsinin məqsədi yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin, dünyagörüşlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Olimpiada çərçivəsində oyunlar “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları və “İntellektual gənc” bilik yarışması üzrə vahid turnir şəklində təşkil­ edilib.
“İntellektual gənc” bilik yarışmasında ilk üç pillədə Oğlanqala kənd tam orta məktəbinin şagirdi Qızıllı Vəliyeva, Kürkənd tam orta məktəbinin şagirdi Səlimə Vəliyeva və Şərur şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Zəhra Cəfərova qərarlaşıblar.
“Kim? Nə? Hara?” intellektual oyununda Siyaqut kənd tam orta məktəbinin şagirdi Teymur İsmayıllı rəqiblərini qabaqlayıb. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nihad Quliyev və Çərçiboğan kənd tam orta məktəbinin şagirdi Ülvü Məmmədli ikinci və üçüncü olublar.

“Vətəni tanı” intellektual oyununda Kürkənd tam orta məktəbinin “Turan” komandası qalib adını qazanıb. Digər iki pillənin sahibləri isə Şərur şəhər 2 nömrəli tam orta məktəbin “Nəqşicahan” və Çərçiboğan kənd tam orta məktəbinin “Zirvə” komandaları olublar.
“Nuh yurdu” intellektual oyununda isə Şərur şəhər 1 nömrəli tam orta məktəbin “Azərbaycan” komandası hamıdan güclü olub. Çərçiboğan kənd tam orta məktəbinin “Zirvə” komandası ikinci, Mahmudkənd tam orta məktəbinin “Naxçıvan” komandası isə üçüncülüklə kifayətləniblər.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərmanları və oxunması zəruri olan kitablar təqdim olunub.
Qeyd edək ki, qalib komandalar may ayında təşkil olunacaq intellektual oyunlar olimpiadasının muxtar respublika birinciliyində Şərur rayonunu təmsil edəcəklər.
Olimpiada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2759442
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
408
5244
26493
100681
2759442

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter