24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Kəngərli rayon birinci­liyi keçirilib.
Yarışlardan öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək olimpiadanın keçirilməsinin məqsədi barədə məlumat verib.
Olimpiada çərçivəsində 4 intellektual oyun – “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları, “İntellektual gənc” bilik yarışması üzrə vahid turnir şəklində keçirilib.
“İntellektual gənc” bilik yarışmasında ilk üç pillədə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Fidan Qasımlı, həmin kəndin 1 nömrəli tam orta məktəbin şagirdi Bilqeys Rüstəmli və Çalxanqala kənd tam orta məktəbinin şagirdi Qaybalı Qaybalıyev qərarlaşıblar.
“Kim? Nə? Hara?” intellektual oyununda Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Ağayar Həsənli birinci, Böyükdüz kənd tam orta məktəbinin şagirdi Tərlan Təmoyeva ikinci, Xok kənd tam orta məktəbinin şagirdi Yəhya Cəfərov üçüncü olublar.

“Vətəni tanı” intellektual oyununda Qıvraq kənd tam orta məktəbinin “Göytürk” komandası bütün rəqiblərini qabaqlayıb. Xok kənd tam orta məktəbinin “Kürşad” və Yurdçu kənd tam orta məktəbinin “Yurd” komandaları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
“Nuh yurdu” intellektual oyununda qalib adını Yurdçu kənd tam orta məktəbinin “Yurd” komandası qazanıb. Digər iki pillədə isə Böyükdüz kənd tam orta məktəbinin “Möminə xatın” və Qıvraq kənd tam orta məktəbinin “Turan” komandaları qərarlaşıblar.
Qaliblərə diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunub.
Qeyd edək ki, qalib komandalar may ayında təşkil olunacaq intellektual oyunlar olimpiadasının muxtar respublika birinciliyində Kəngərli rayonunu təmsil edəcəklər.
Olimpiada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2266045
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
452
5530
5982
133107
2266045

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter