17 Avqust 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin rektoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov və biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Sadiqovun birgə ərsəyə gətirdikləri “Biocoğrafiya” kitabının təqdimetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev kitabı coğrafiya və ekologiya ixtisaslarında tədris edilən biocoğrafiya elmi ilə bağlı fundamental tədris vəsaiti kimi dəyərləndirib. Vurğulanıb ki, dərslik Boloniya təhsil sistemi əsasında tərtib edilib.
Zoologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov qeyd edib ki, kitab giriş, 13 fəsil və ədəbiyyat siyahısından ibarətdir. Daha çox xarici elmi mənbələrdən istifadə olunan dərslik biologiya və coğrafiya sahələrində əldə edilmiş son nailiyyətlərə əsasən tərtib edilib. Kitabda biocoğrafiyanın inkişaf tarixi, bios­ferin xüsusiyyətləri, maddələr dövranı, bitki və heyvanat aləminin bioloji-ekoloji xüsusiyyətləri, biosenoz, biogeosenoz və ekosistem, müxtəlif zonaların biomları, biocoğrafiya və bioloji müxtəlifliyin qorunma problemləri və digər məsələlər geniş izah edilib.
Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənov biocoğrafiya fənni və onun inkişaf tarixi haqqında çıxışında vurğulayıb ki, universitetin coğrafiya və ekologiya ixtisası tələbələri üçün nəzərdə tutulan kitabdan müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, həmçinin bu sahədə elmi iş aparan tədqiqatçılar və müəllimlər də faydalana bilərlər.
Tədbirdə Coğrafiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Kazım Kazımov çıxış edib, kitab haqqında müzakirələr dinlənilib.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2883728
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6
4507
17417
70422
2883728

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter