27 May 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Heydər Əliyev irsinin yeniyetmə və gənclərə təbliğ olunması məqsədilə “Naxçıvan” Universitetinin Heydər Əliyev Dövlətçilik Mərkəzində Heydər Əliyev Gənclər Məktəbinin dinləyicilərinə “Heydər Əliyev və gənclik” mövzusunda açıq dərs keçilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib. “Naxçıvan” Universitetinin müəllimi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədr müavini Könül Babayeva çıxış edərək bildirib ki, ümummilli liderimizin ölkə­mizə rəhbərlik etdiyi dövrlərdə dövlət gənc­lər siyasəti onun həyata keçirdiyi siyasi kursun əsas prioritet istiqamətlərindən birini təşkil edib. Təsadüfi deyil ki, ulu öndər daim “Gənclər həyatımızın bəzəyidir”, “Gənclər bizim gələcəyimizdir” ifadələrini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda daha fəal iştirak etməyə həvəsləndirir, kadr siyasətinin həyata keçirilməsində gənc­lərə xüsusi önəm verirdi. Azərbaycanda Gənclər Gününün qeyd edilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edir. Təsadüfi deyil ki, görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən dövlət proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Gənclərimizin qarşısında idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyümək kimi müqəddəs vəzifələr durur.
Açıq dərs Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil edilib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2484430
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3751
4918
44052
180258
2484430

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter