19 İyun 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Culfa şəhərindəki 3 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Culfa və Ordubad rayonları Təhsil şöbələrinin ­tabeliyində fəaliyyət göstərən məktəblərin psixoloqları üçün “Məktəblərdə psixoloji xidmətin təşkili və qarşıda duran vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfransda geniş məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov deyib ki, təhsil insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli, ümumbəşəri dəyərlərə, dünyəvilik, inte­qrativlik, demokratiklik prinsiplərinə əsaslanan şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və fiziki inkişafına xidmət edir. Bunlar isə şagirdlərin yaş, fizioloji, psixoloji və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını zəruri edən amillərdəndir. Müasir dövrdə təhsilin inkişafı onun şəxsiyyətyönümlülük prinsipi əsasında qurulmasını tələb edir. Bu, psixoloji xidmət işinə artan tələbatın mühüm göstəricisidir.

Təhsil naziri xatırladıb ki, çağdaş dövrümüzdə Azərbaycan təhsil sistemində psixoloji xidmət işi mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Elə bu baxımdan muxtar respublikanın ümumtəhsil məktəblərində məktəb psixoloqlarının işinin təşkili vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Belə ki, bütün ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili, psixoloqların fəaliyyəti üçün psixoloji kabinet yaradılıb. Eyni zamanda məktəblərin əksəriyyətində psixoloji xidmətin əsas istiqamətlərini əks etdirən psixoloji metodikalar dəsti, ədəbiyyatlar, elektron vəsaitlər mövcuddur.
Qeyd olunub ki, psixoloqlar uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul prosesində yaxından iştirak etməlidirlər.
Bildirilib ki, məktəbdə psixoloji xidmətin tətbiqində başlıca məsələlərdən biri dərs cədvəli, pro­qram və metodik materiallar hazırlayarkən psixoloji biliklərdən kifayət qədər istifadə olunmasına diqqət yetirməkdir. Eyni zamanda psixoloqların dərslərdə vaxtaşırı iştirakı, dərsin psixoloji təhlili təlim-tərbiyə prosesində öz müsbət nəticəsini verir.
“Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, ümumtəhsil məktəblərinin vəzifəsi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən və onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı kimi hazırlamaqdan ibarətdir. Bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərk­etmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını bilmək zəruridir.
Vurğulanıb ki, müasir dövrdə məktəbdə psixoloji xidmətin rolu olduqca əhatəlidir. Bu xidməti həyata keçirən məktəb psixoloqları sağlam psixoloji iqlimin formalaşmasına təsir göstərə biləcək qədər elmi biliklərə, praktik bacarıqlara yiyələnmiş mütəxəssis ­olmalıdırlar.
Qeyd olunub ki, psixoloqlar tədris materiallarını çətin mənimsəyən, sağlamlıq imkanları məhdud olan uşaqlarla və onların valideynləri ilə testlərlə işin düzgün təşkilində, yeni­yetmələrin psixoloji hazırlanmasında mövcud metodik vəsaitlərdən istifadəyə geniş yer verməlidirlər. Məktəb psixoloqunun fəaliyyətində mühüm yerlərdən birini də yeniyetməlik dövrünə keçidlə bağlı şagirdin həyatında baş verən dəyişiklikləri öyrənmək, yeni mərhələ ilə bağlı onlara kömək etmək tutur.
Vurğulanıb ki, informasiya texnologiyalarının geniş vüsət aldığı bir dövrdə sagirdlərin sosial şəbəkələrdən istifadəsi onların məntiqi təfəkkür tərzini, yaradıcı və əməli düşünmə qabiliyyətlərini, həmçinin tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində bacarıq və vərdişlərini formalaşdırır. Sosial şəbəkələrdə şagirdlərin rolu bu gün çox aktual məsələdir. Psixoloqlar bu mövzuda diqqətli olmalı, şagirdləri istiqamətləndirərkən ehiyatlı davranmalı, onlara həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamalıdırlar.
Təhsil islahatının həyata keçirilməsində məktəb psixoloqlarının da üzərinə böyük və məsuliyyətli vəzifə düşdüyünü deyən Oruc Həsənli əsl vətəndaş yetişdirmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq məqsədilə qarşıda duran vəzifələrdən danışıb.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Çapay Quliyevin “Məktəbdə psixoloji xidmətin tətbiqində profilaktika işlərinin təşkili”, Ordubad Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektoru, polis leytenantı Ülvi Həsənovun “Yeniyetmələrlə psixoloji işin təşkili”, Culfa Rayon Polis Şöbəsi Əlincə Polis Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektoru, polis kapitanı Elxan Məhərrəmovun “Yeni­yetmələrin psixoloji hazırlanması”, Ordubad şəhərindəki internat tam orta məktəbin psixoloqu Nuridə Məmmədlinin “Praktik psixoloqun iş təcrübəsindən” mövzularında çıxışları dinlənilib.
Elmi-praktik konfransda məktəblərdə çalışan psixoloqların sualları ətraflı cavablandırılıb.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2601025
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1940
4770
6710
93811
2601025

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter