19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan türk-islam mədəniyyəti abidələri” mövzusunda açıq dərs keçilib.
Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup tələbəsinin iştirakı ilə keçilən dərsdə mərkəzin elmi katibi Emin Məmmədov bildirib ki, xilafətin yaranması ilə onun tərkibinə daxil olan müxtəlif xalqların mədəniyyətini özündə birləşdirən İslam mədəniyyəti formalaşıb. Naxçıvan da özünün əldə etdiyi mədəni­-elmi nailiyyətlərlə birlikdə ümum­islam mədəniyyət xəzinəsinə daxil olub.
Qeyd olunub ki, Azərbaycanda əldə edilən bütün mədəni nailiyyətlər yerli türk ənənələrini saxlamaqla, həm də islami mahiyyət kəsb edib. Bu zəmində ölkəmizdə, o cümlədən qədim diyarımızda çoxsaylı tarix-mədəniyyət abidələri yaradılıb. Onların bir qisminə sovet hakimiyyəti illərində biganə münasibət bəslənilib, hətta onların bəziləri qəsdən dağıdılıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra xalqımızın mədəni irsinə münasibət dəyişilib. Belə ki, tarix-mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələri, geniş mənada ümum­islam mədəniyyətinə aid olan bütün abidələr dövlət qayğısı ilə əhatə olunub.

Bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahədə çox böyük işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq Naxçıvanda 1218 tarix-mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılıb. Bu abidələr əsasında “Naxçıvan abidələri ensiklo­pediyası” hazırlanaraq 2008-ci ildə Azərbaycan və ingilis dillərində nəşr etdirilib. Bununla yanaşı Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 70-ə qədər müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkəminə salınıb, onlara yeni həyat verilib. Bu sıraya daxil olan məscidlər, imamzadələr, xanəgahlar, türbələr və sair İslamla sıx əlaqədar olan abidələrdir. Bu iş indi də sistemli şəkildə uğurla davam etdirilməkdədir. Qeyd etmək kifayətdir ki, təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincə­qalada, XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki imamzadədə bərpa işləri başa çatdırılıb. Babək rayonunun Nehrəm kəndində möhtəşəm məscid inşa edilərək əhalinin istifadəsinə verilib, Kəngərli rayonundakı XII-XIV yüz­illiklərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndindəki hamamda bərpa işləri aparılır.
Tədbirin sonunda tələbələr Naxçıvanşünaslıq Mərkəzinin fondları və oxu zalı ilə tanış olublar.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3037953
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4763
5369
15185
89284
3037953

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter