18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi ilə bağlı muxtar respublikanın paytaxtında bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər planına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən oyunda 8 komanda mübarizə aparıb. Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.
Hər bir oyunda 4 komanda iştirak edib. Oyun 5 raunddan ibarət olub və hər bir raundda 5 mövzu oynanılıb. Hər sual öz çətinlik səviyyəsinə görə nominallaşdırılıb, mövzuya uyğun sıralanıb.

Yekun nəticəyə əsasən Naxçıvan şəhərinin “Turan” komandası intellektual oyunun qalibi olub. Digər iki pillədə isə Sədərək rayonunun “Əjdəkan” və Kəngərli rayonunun “Kəngərli” komandaları qərarlaşıblar.
Sonda qalib komandalara diplom, plaket və oxunması zəruri olan kitablar təqdim olunub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti 2018-ci il 31 yanvar tarixli “2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən ölkə­nin mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir sıra gənclərə Prezident mükafatı verilib. Onlar arasında Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənc­lər Təşkilatının sədri Zümrüd Səfərova da yer alıb. Tədbirdə Zümrüd Səfərovaya mükafatı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4265677
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
276
6483
18842
97035
4265677

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter