18 İyul 2019, Cümə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq fevralın 27-də muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələri ilə görüş keçirilib.

Tələbələr xidmətin iş prosesi ilə tanış olublar. Əvvəlcə xidmətin tədris sinfində tələbələrə əyani olaraq heyvanların anatomik quruluşu izah olunub. Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin əməkdaşı Şəmsəddin Nağıyev tələbələrə “Baytarlıqda laboratoriya işinin təşkili” mövzusunda mühazirə oxuyub.
Mərkəzin direktoru Qadir Fərhadov süni mayalanma istiqamətində görülən işlər və bu sahədə son dövrlərdə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında heyvandar­lığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı muxtar respublikada süni mayalanma işinə təkan verəcək, heyvandarlığın inkişafına şərait yaradacaq.
Sonra tələbələr baytarlıq vasitələri ilə əyani tanış olublar, süni ­mayalanma avadanlıqlarına və laboratoriyadakı müayinə-müalicə vasitələrinə, cərrahi əməliyyat otaqlarına baxıblar.
Sonda Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov muxtar respublikada keyfiyyətli baytarlıq xidmətinin təşkili barədə məlumat verib.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4265480
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
79
6483
18645
96838
4265480

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter