15 Oktyabr 2019, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 25 fevral 2018-ci il tarixdə ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
İmtahanın birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı, Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə, 38 imtahan binasında aparılıb. İmtahan bütün binalarda eyni vaxtda – 1300-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 3, Naxçıvan, Mingə­çevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunub. Bakıda 10 min 705, Gəncədə 838, Naxçıvanda 339, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavr imtahan verib. İmtahanın idarə olunmasına 123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunub.
Naxçıvan şəhərində imtahan 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanın keçirilməsi üçün 29 imtahan zalı hazırlanıb. İmtahana 38 nəzarətçi və 4 imtahan rəhbəri (2-si regional bölmənin bazasından, 2-si Bakıdan) cəlb olunub. İmtahanda 339 bakalavr iştirak edib.
Qaydalara görə, bakalavrlara ­ 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, 100 sual təqdim olunub. Hər bir doğru cavab 1 balla qiymətləndirilib və səhv cavablar düzgün cavabların nəticəsinə (ümumi nəticəyə) təsir göstərməyib.
İmtahanın nəticələri www.dim.gov.az saytında yeləşdirilib.

 Fatma BABAYEVA

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR