18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Xocalı soyqırımı ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın orta ümumtəhsil müəssisələri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv əlaqə yaradılıb.
“Xocalı faciəsini unutmamalıyıq” mövzusunda keçilən dərsdə muzeyin bələdçisi Leyla Məmmədova əvvəlcə bu mədəniyyət müəssisəsi haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1997-ci ildə imzaladığı Sərəncamla yaradılan mədəniyyət müəssisəsində hazırda 2000-dən çox eksponat var. Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Eksponatların hər biri tariximizin qanlı və şanlı səhifələrini özündə əks etdirir. Burada, əsasən, şəhidlərin foto­şəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri və onlara aid materiallar qorunur. Muzeydə eksponatların xronoloji ardıcıllıqla yerləşdirilməsi gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına şərait yaradır.

İnteraktiv dərsdə Xocalıda törədilən soyqırımı barədə şagirdlərə ətraflı məlumat verilib, bu faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb, Azərbaycan Prezidentinin Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs olunub.
İnteraktiv dərsi Heydər Əliyev adına Hərbi Lisey və muxtar respublikanın 222 təhsil müəssisəsindən izləyiblər.
Qeyd edək ki, həmin gün muxtar respublikamızın ali, orta ixtisas və ümumtəhsil məktəblərində, Heydər Əliyev adına Hərbi Liseydə ilk dərs saatı Xocalı soyqırımına həsr olunub.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866165
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3680
4264
14555
56556
3866165

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter