21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, müəllimlərin pedaqoji ustalığının, tədris proqramlarının məzmununun, texniki təchizatının, təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlmişdir. Ali təhsil ocağı yarandığı gündən xarici əlaqələrin qurulmasına, əməkdaşlığa daim önəm verərək bu istiqamətdə ardıcıl fəaliyyət göstərir.
Keçirilən tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli universitetin üzvü olduğu Avrasiya Universitetlər Birliyinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “EURİE – 2018” sammitində iştirak ediblər. Samit çərçivəsində təhsil sərgisi təşkil edilib, sərgidə universitetlərin bir-biri ilə qarşılıqlı əlaqə qurmalarına şərait yaradılıb. Sərgiyə 100-ə yaxın ölkənin 200-ə yaxın universiteti qatılıb. Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Xəzər, Naxçıvan Dövlət universitetlərinin və digər ali təhsil ocaqlarının nümayəndələri digər sərgi iştirakçıları ilə ünsiyyət quraraq qəbul prosesi, təhsilhaqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə etmişlər.

Səfər çərçivəsində Avrasiya Universitetlər Birliyinin rəhbəri, İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydınla “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun görüşü olub. Görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi müzakirə olunmuş və ilkin, başlanğıc mərhələnin təməli qoyulmuşdur. Onu da bildirək ki, bundan başqa, Hüseyn Bağırsoylu və Rəcəb Cəfərli tədbir müddətində Malayziyanın Malayziya, Türkiyənin İstanbul Gedik universitetləri ilə ilkin razılaşmalar əldə etmişlər. Həmçinin İran İslam Respublikasının Xorasan şəhərində yerləşən Birjnad Universiteti ilə tələbə və müəllim mübadiləsi və elmi əməkdaşlıq mövzusunda ikili razılaşma imzalanmış, eləcə də Türkiyənin Pamukkale Universiteti ilə turizm ixtisası üzrə ikili diplomun verilməsi barədə razılıqlar əldə edilmişdir.
Sərgi çərçivəsində universitetin stendləri, tanıtım jurnalları, loqoları sərgi iştirakçılarına paylanılmışdır.


Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875939
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
866
3976
24329
66330
3875939

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter