19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ana dilinin hər bir xalqın həyatındakı müstəsna rolundan bəhs edib. Qeyd edilib ki, ölkəmizdə Ana dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması mahir natiq, ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Dilimizə dövlət qayğısı haqqında məruzəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova bildirib ki, əsası ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirdə “Azərbaycan bədii dilinin inkişafı haqqında (Eldar Baxışın yaradıcılığı üzrə)” filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənovanın, “Öz dilimdir, şirin dil” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Arzu Abbasovanın da məruzələri dinlənilib.
Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rənga­rəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir. Sonda tələbələr ana ­dilinə həsr olunmuş şeirləri bədii qiraət ­ediblər.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704950
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
313
2795
3108
46042
3704950

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter