17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri, Naxçıvan Qızlar və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü liseyləri arasında ayda bir dəfə olmaqla, interaktiv əlaqə yaradılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qrafikə uyğun olaraq növbəti belə tədbir fevral ayının 16-da təşkil edilib. Dərsin aparıcısı, mərkəzin “Zooekologiyanın əsasları” dərnəyinin rəhbəri Süsən Əliyeva şagirdlərə “Ayrı-ayrı fəsillərdə quş növlərinin dəyişməsi” mövzusunda ətraflı məlumat verib.
Bildirilib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulub, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atıb. Son illər bu sahədə beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilib, birgə layihələr hazırlanaraq həyata keçirilib, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra dövlət proqramlarının icrasına başlanılıb. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları yaradılıb.
Qeyd edilib ki, yerdəyişmələrə görə quşlar oturaq, köçəri və uçub gedən növlərə bölünürlər. Azərbaycan faunasına daxil olan 366 quş növündən 344-ü aran və dağətəyi zonalarda yaşayır.

Vurğulanıb ki, muxtar respublikanın ərazisi təbii şəraitinə və heyvanlar aləminin zənginliyinə görə ölkəmizin digər bölgələrindən fərqlənir. Burada olan heyvanların növü, tərkibi və miqdarı Azərbaycan faunasının 60-80 faizini təşkil edir. Muxtar respublikanın heyvanlar aləmi XIX əsrin 2-ci yarısından başlayaraq tədqiq olunur. Faunaya daxil olan quş növündən 147-si oturaq quşlardır. Qonşu ölkələrin heç birində oturaq quşların sayı bu qədər çox deyildir. Vətənimizdə iqlimin nisbətən yumşaq keçməsi və quşların yaşama şəraitinin əlverişli olması onların oturaq həyat sürməsinə imkan verən əsas amillərdəndir.

Diqqətə çatdırılıb ki, bu gün faunamızın qorunmasında məktəblilərin üzərinə də bir sıra vəzifələr düşür. Onlar təbiətimizin mühafizəsində fəal­lıq göstərməlidirlər. Bu baxımdan məktəblərdə təşkil olunan ekoloji dərnəklər vasitəsilə şagirdlər təbiəti qorumağın nə qədər önəmli olduğunu dərk edir, təbiət qoynunda təşkil olunan açıq məşğələlər zamanı fauna və floramızla yaxından tanış olur, ekoloji biliklərə əyani surətdə yiyələnirlər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11731
19453
66635
119153
4455112

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter