18 Aprel 2019, Cümə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetinin Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2017-2018-ci tədris ilinin yaz semestrində keçəçəkləri pedaqoji təcrübənin başlanğıc konfransı olub. 

Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq etmələri, pedaqoji mühitə uyğunlaşmaları, pedaqoji prosesi dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmlənməsinə, yüksəkixtisaslı kadr hazırlığına xidmət edən pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacib amil olmasından bəhs edib, dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsi, tərbiyəvi tədbirlərin təşkili ilə bağlı tövsiyələrini çatdırıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd ­Qəribov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasının bugünkü uğurlarından, bu siyasətin muxtar respublikada uğurla davam etdirilməsindən, elm və təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilməsindən danışıb. Bildirilib ki, “Naxçıvan” Universiteti də bu qayğıdan bəhrələnən müasir­tipli təhsil ocağıdır. Pedaqoji təcrübə ali məktəbin tədris planında zəruri bir proses­dir, eyni zamanda bütövlükdə professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini göstərəcək bir vasitədir. Nazir çıxışının sonunda növbəti pedaqoji təcrübənin də gənclərin qocaman pe­daqoqların zəngin və nümunəvi iş təcrübələrini öyrənmələri, eləcə də gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından faydalı olacağına əminliyini bildirib.

Sonra universitetin Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin, Pedaqoji faklütənin dekan müavini Nazim Mahmudovun, Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın, metodist Tural Paşayevin və ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifovun çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, ümumilikdə, 112 tələbə Heydər Əliyev adına tam orta məktəbdə, 8 və 15 nömrəli tam orta məktəblərdə 7 həftəlik təcrübə keçəcəklər.
Diqqətə çatdırılıb ki, təcrübə zamanı ixtisas metodistləri mütəmadi olaraq məktəblərdə olmalı, tələbələrə lazımi tövsiyələr verməli, dərslərdə iştirak etməli və sınaq dərsin müzakirəsini keçirməlidirlər. Tələbələr təsdiq olunmuş cədvəl üzrə dərsə başlamazdan əvvəl icmalı hazırlamalı, ixtisas metodisti və fənn müəllimi tərəfindən yoxlanılıb ­razılıq verildikdən sonra dərsi tədris ­etməlidirlər.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3866391
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3906
4264
14781
56782
3866391

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter