25 Fevral 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Gənc nəslin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması və vətənpərvər ruhlu vətəndaş kimi formalaşması işi ümumtəhsil məktəblərinin üzərinə düşür. Ona görə də muxtar respublikada fəaliyyət göstərən təhsil ocaqlarında gənclərin vətənpərvər ruhda təhsil almaları və onların gələcəkdə Vətənin keşiyində ayıq-sayıq dayanmaları üçün lazımi tədbirlər görülür. Bu mənada, təhsil ocaqlarında keçilən gənclərin çağırışaqədərki hazırlığı fənni mühüm önəm daşıyır. 

Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra sözügedən fənnin tədrisinin vacibliyi, xüsusilə ön plana çəkilib. Bu gün məktəblərin əksəriyyətində ehtiyatda olan zabitlərin bu fənni tədris etməsi keyfiyyət amilinə müsbət təsir edir. Bu dərslərin tədrisi vəziyyətini öyrənmək üçün Naxçıvan şəhərində fəaliyyət göstərən bir neçə tam orta məktəbdə olduq, təhsil müəssisələrinin hərbi rəhbərləri ilə söhbət etdik.
Üz tutduğumuz ilk ünvan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb oldu. Təhsil müəssisəsinin hərbi rəhbəri Novruz Novruzov dedi ki, Vətən keşiyində dayanmaq hər birimizin vətəndaşlıq borcudur. Hərbi xidmət keçəcək gənc hələ məktəb yaşlarından bu xidmətə hazırlanır. Bu baxımdan gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Həmin dərslərdə uşaqlara Vətənin müdafiəsinin əsasları, taktiki hazırlıq, atəş hazırlığı, hərbi nizamnamələr, sıra təlimi, mülki müdafiə, hərbi-tibbi hazırlıq və digər biliklər öyrədilir.

Novruz Novruzovun dediyinə görə, gənclərin çağırışaqədərki hazır­lığı fənninin yuxarı siniflər üçün tədris olunması təsadüfi deyildir. Çünki uşaqlar bu yaşda daha çox həyati hadisələrə münasibət göstərir, Vətən, xalq haqqında düşünürlər.
Hərbi rəhbər onu da dedi ki, il ərzində şagirdlər müxtəlif hərbi hissələrdə olurlar. Bu da onların hərbi texnika və sursatları yaxından tanımalarına, hərbi biliklərə daha dərindən yiyələnmələrinə imkan verir. Bundan əlavə, tədris ilində təşkil olunan müxtəlif hərbi-idman oyunlarında şagirdlərin iştirakı təmin edilir. Təqdirəlayiq haldır ki, ötən tədris ilində keçirilən “Şahin” və “Sərhəd” hərbi-idman oyunlarında Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb muxtar respublika məktəbləri arasında qalib olub.
Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə də olduq. Burada tədris prosesini izlədik. Müəllim hərbi kabinədəki əyani vəsaitlərlə “Mühəndis maneələri” mövzusunu şagirdlərə izah edir, qarşıya çıxan maneələrdən qorunma yollarını başa salır, uşaqlar elektron lövhə vasitəsilə hərbi yenilikləri əks etdirən video­slayda baxırdılar. Ötən il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi paradın videoçarxının nümayişi şagirdlərin böyük marağına səbəb oldu. Dərsdən sonra hərbi rəhbər Emil Qurbanov dedi ki, xalqına, Vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an Vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri hesab olunur. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris olunmasında da məqsəd bu keyfiyyətlərin formalaşdırılması və düzgün istiqamətləndirilməsidir.
Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə də adıçəkilən fənn müasir təlim üsulları ilə tədris olunur. Məktəbin hərbi rəhbəri Əli Rzayevin sözlərinə görə, bu fənn məktəblilərin hərbi həyatla tanış olmalarına, ordumuz haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir. Orduda qulluq edən zabitlərin vaxtaşırı məktəbə gəlib gənclərlə görüşməsi müsbət nəticələr verir. Həmçinin ildə iki dəfə təhsil müəssisələrinin hərbi rəhbərləri üçün hərbi hissələrdə təlim təşkil edilir. Həmin təlimlərdə iştirak edən müəllimlər hərbin yenilikləri ilə tanış olur, müasir texnikaların sirlərini öyrənirlər. Hazırda tədris olunan dərsliklərdə müasir silahlar, raketlər, Azərbaycan Ordusunda istifadə olunan bəzi silah və texnikalar barədə məlumatlar yer alıb. Ümumilikdə, məktəbdə olan əyani vəsaitlər şagirdlərin hərbi xidmətə ilkin hazırlığı üçün əhəmiyyətli bazadır.
Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə də Vətənə layiqli gənclər yetişdirilir. Burada digər təhsil müəssisələrindən fərqlənən bir məqam diqqətimizdən yayınmadı. Bu, məktəbin hərbi kabinəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mirəsgər Seyidovun büstünün olması idi. Xatırladaq ki, məktəb həmin şəhidin adını daşıyır. Təhsil ocağının hərbi rəhbəri Nüsrəddin Axundov dedi ki, bu amil həm də məktəbin şagirdlərində vətənpərvərlik hisslərini gücləndirir. Keçilən dərslərdə oğlanlarla yanaşı, qızlar da fəal iştirak edirlər. Onlar avtomat silahını normativdən daha tez söküb yığırlar. Məktəblilər arasında hərbi-vətənpərvərlik hissini artıran səbəblərdən biri də hər il keçirilən hərbi-idman oyunlarıdır. Məktəbin yuxarı sinif şagirdləri həmin oyunlara gənclərin çağırışaqədərki hazırlığı dərslərində hazırlaşırlar. Çəkilən zəhmət hədər getmir. Bunun nəticəsidir ki, hər il ümumtəhsil məktəbləri arasında keçirilən “Şahin” və “Sərhəd” hərbi-idman oyunlarında Naxçıvan şəhər 15 nömrəli tam orta məktəb də ön yerlərdən birini tutur.
Təhsil müəssisələrində apardığımız müşahidələr belə deməyə əsas verir ki, bu gün muxtar respublikanın məktəblərində vətənpərvər ruhlu gənclər yetişdirilir. Bu da doğma Vətənimizin işğal altında olan torpaqlarının tezliklə azad olacağına əminlik yaradır.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6914499
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2922
20122
119219
451237
6914499

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter