25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölmədə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında cari ilin ilk açıq dərsi təşkil olunub.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Azərbaycanda xanlıqların yaranması: Naxçıvan xanlığı” mövzusunda keçdiyi dərsdə şagirdlərə Azərbaycan xanlıqları arasında özünəməxsus yeri olan Naxçıvan xanlığının yaranması, ərazi bölgüsü, idarə sistemi, dövlət atributları, ordu quruculuğu, diplomatik münasibətləri və Türkmənçay müqaviləsi haqqında geniş məlumat verilib. Bildirilib ki, Naxçıvan xanlığının əsası Nadir şah Əfşarın ölümündən sonra 1747-ci ildə Kəngərli tayfasından olan Heydərqulu xan tərəfindən qoyulub. Tədqiqatçı-alim Naxçıvan xanlığının ərazisi 1747-1797-ci illərdə 9428,7 kvadratkilometr, 1798-1828-ci illərdə isə 4642, 83 kvadratkilometr olduğunu deyib.

Musa Quliyev Naxçıvan xanlığının qonşu xanlıqlar və dövlətlərlə yaratdığı əlaqələrdən bəhs edərək onun mərkəzi Naxçıvan şəhərinin Orta və Yaxın Şərq ölkələrindən Rusiya və Avropaya gedən ticarət yollarının üstündə yerləşdiyini və nəticədə, bir çox ölkələrin hədəfində olduğunu diqqətə çatdırıb. Alim tarixi faktların Naxçıvan və İrəvan xanlıqlarının qədim Azərbaycan torpaqları olduğunu sübut etdiyini deyib.
Ümummilli liderimiz Heydər Əliyevin “Mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi... Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib ­çıxacaqsınız...” sözlərini xatırladan Musa Quliyev Naxçıvan xanlığının tarixinin hərtərəfli araşdırılmasının ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdən başlandığını söyləyib.
İnteraktiv dərs, ümumilikdə, muxtar respublikanın 215 ümumtəhsil məktəbində izlənilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128878
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1682
4356
6038
92478
4128878

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter