25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri arasında bilik yarışının final mərhələsi keçirilib.
Bu il 17-19 yanvar tarixlərdə keçirilmiş 1-ci mərhələdə 154 komandada 770 şagird iştirak edib. Onlardan 13 komanda muxtar respublika mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 13 komandada hər birində 5 nəfər olmaqla, ümumilikdə, 65 şagird mübarizə aparıb. Onlar oxunması zəruri olan kitablarla bağlı müxtəlif suallara cavab veriblər. Final mərhələsinin 1-ci turundan keçən komandalar 2-ci tura vəsiqə qazanıb.
5 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə Sədərək rayonu həvəsləndirici, Culfa rayonu III, Şərur rayonu II, Naxçıvan Dövlət Texniki Kollecinin komandası isə I yerlərə layiq görülüblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamının əhəmiyyətindən, həmin Siyahıya daxil edilən kitabların təbliği istiqamətində görülən işlərdən danışıb.

Sonra qalib komandaların üzvləri mükafatlandırılıblar. Onlara Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.

*  *  *

Sədərək rayon şahmat məktəbində rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 2 fevral – Gənclər Günü münasibətilə “Azərbaycanın xoşbəxt gələcəyi gənclərdir” devizi altında intellektual bilik müsabiqəsi keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Təhsil Şöbəsinin əməkdaşı Hüseyn Fərzəliyev çıxış edərək gəncləri qarşıdan gələn Gənclər Günü münasibətilə təbrik edib, bilik müsabiqəsinin keçirilmə qaydaları haqqında ətraflı məlumat veriblər. Bilik müsabiqəsində Heydərabad qəsəbə tam orta məktəbinin “Odlar yurdu”, Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Əlincə”, Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Qeyrət qalası” və Qaraağac kənd tam orta məktəbinin “Möminə xatın” komandaları mübarizə aparıblar. Müsabiqə iştirakçılarına 50 sualdan ibarət sual kartı paylanılıb. İştirakçılara sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilib.
Yekun nəticəyə əsasən Qaraağac kənd tam orta məktəbinin “Möminə xatın” komandası qalib adını qazanıb. Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Əlincə” komandası ikinci, Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Qeyrət qalası” komandası isə üçüncü olub.
Qalib gələn komanda üzvlərinə təşkilatçıların diplom və hədiyyələri təqdim edilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4128853
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1657
4356
6013
92453
4128853

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter