19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ötən ilin sentyabr ayında Türkiyənin Çankırı Karatekin Universitetində bir semestrlik təhsil almaq üçün göndərilən 15 tələbə semestri uğurla başa vuraraq Naxçıvana qayıdıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq bu istiqamətdə həyata keçirilən əhəmiyyətli layihələrdən danışıb.
“Dövlət dəstəyi hesabına milli təhsil sistemimiz günü-gündən inkişaf edir”, – deyən rektor ali təhsil ocağının Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyinin əsas götürdüyünü və bu istiqamətdə tələbə mübadiləsini davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, artıq müvafiq ixtisaslar üzrə tələbələr ­seçilib və bir semestr təhsil almaq üçün 4 tələbənin Şota Rustaveli adına Batumi Dövlət Universitetinə, 3 tələbənin isə Penza Dövlət Universitetinə göndərilməsi planlaşdırılır.

Çankırı Karatekin Universitetində təhsil alan tələbələrdən Turizm və otelçilik ixtisası üzrə III kurs tələbəsi Rəcəb Səfərov keçirilən imtahan nəticələrinə görə qrup üzrə 27 tələbə arasında I yeri tutub. Fortepiano ifaçılığı ixtisası üzrə III kurs tələbəsi Rövşanə İsmayılovanın isə klassik musiqilər və Azərbaycan mahnılarından ibarət solo konserti olub.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova tələbələrin ixtisas təhsili ilə bərabər Naxçıvan Dövlət Universitetinin, muxtar respublikanın tanıdılması istiqamətində gördükləri işlərdən danışıb. Tələbələr adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Erasmus+Key Action çərçivəsində Naxçıvan Dövlət Universitetinin 10 nəfər müəllimi 2017-ci ilin aprel ayında Çankırı Karatekin Universitetində bir həftəlik müəllim mübadiləsi proqramında da iştirak edib. Eyni layihə əsasında bu il fevral ayının 25-dən martın 3-nə kimi ali təhsil ocağının 13 nəfərlik müəllim heyəti həmin universitetdə olacaq.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612270
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
314
3542
89410
135512
3612270

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter