19 Oktyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Bu gün Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi, müasir tədris metodlarının tətbiqi, təlim prosesində yeni texnologiyalardan istifadəyə geniş yer verilməsi, nümunəvi dərslərin keçirilməsi və distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına səbəb olmuşdur. Təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumtəhsil məktəbləri üçün müasir binalar tikilərək istifadəyə verilir, məktəblər ən müasir informasiya texnologiyaları ilə təchiz olunur. 2017-ci ildə də bu iş diqqətdə saxlanılmış, muxtar respublikada 10 məktəb binası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il ­ 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil olunur. Belə ki, 2017-ci ildə ümumtəhsil məktəbləri ilə muzeylər arasında 16, Naxçıvan Şahmat Mərkəzi ilə 8, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 13 interaktiv dərs keçilmişdir. Bu dövrdə ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılmış, avqust ayında ümumtəhsil məktəblərinə 133 min 729 nüsxə dərslik verilmişdir. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilmişdir. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrində həmin kitablardan ibarət sərgilər hazırlanmış və təhsil işçilərinin, eyni zamanda tələbə, şagird və müdavimlərin iştirakı ilə bu kitabların mütaliəsinin və müzakirəsinin keçirilməsi təmin edilmişdir.

Elmi müəssisələrdə, ali və orta ixtisas məktəblərində çalışan elmi dərəcəli müəllimlər tərəfindən 2017-ci il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1676 saat nümunəvi dərs tədris olunmuşdur. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və müəllimlərin əməyinin qiymətləndirilməsinin təmin olunması məqsədilə mərkəzləşmiş qaydada növbəti attestasiya imtahanı keçirilmişdir.
Ötən il muxtar respublikanın ümumtəhsil, peşə və orta ixtisas məktəblərində, eyni zamanda məktəbdənkənar tərbiyə müəssisələrində ədəbi-bədii gecələr, şagirdlərin əl işlərindən ibarət sərgilər, bilik yarışları, rəsm və şeir müsabiqələri, inşa yazı işləri, fənn olimpiadaları, hərbi idman oyunları və digər yarışlar keçirilmişdir. Məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi də diqqət mərkəzində olmuşdur. Bu sahə üzrə həyata keçirilən tədbirlər, yarışlar, müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərmişdir. Lənkəran şəhərində keçirilən “Sərhəd” hərbi-idman oyunlarının respublika mərhələsində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin komandası uğurla çıxış edərək birinci yerə layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “İstedad XXI əsr” hazırlıq kursları ilə birgə təşkil etdiyi test-sınaq imtahanlarına muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin II-XI siniflərinin şagirdləri cəlb olunmuşdur. IX-XI siniflərin sınaq imtahanları isə buraxılış imtahanlarının formatına uyğun həyata keçirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası məktəblilərinin fənn olimpiadasında 20 şagird qalib gəlmişdir ki, onlardan 2-si qızıl, 5-i gümüş, 13-ü isə bürünc medallara layiq görülüb.
Muxtar respublikamızda bütün qəbildən olan uşaqların təhsili diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2017-ci ildə ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilmişdir ki, onların da 88-i birinci siniflərdə təhsil alır. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb edilmişdir.
Yaradılmış şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşmış, şagirdlərin təhsilə marağı artmış, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşmışdır. Belə ki, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1735-i ali, 629-u orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışlar. Qəbul imtahanlarının nəticələrinə əsasən 289 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülmüşlər. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplamışlar.
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinə “Açıq qapı” günləri təşkil olunur. Qrafikə uyğun olaraq tədris ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulmuş “Açıq qapı” günlərinin ilkin mərhələsində Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə ekskursiyaları təşkil olunmuşdur.
Müasir dövrdə peşə təhsili günün tələbinə çevrilmişdir. Muxtar respublikada təhsilin bu pilləsi üzrə hərtərəfli şərait yaradılmış, peşə məktəbləri istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində 2017-ci ildə yaradılmış 1 və 3 aylıq qruplardan 3642 müdavim məzun olaraq müvafiq təhsil sənədi almış və istehsalatın müxtəlif sahələrində fəaliyyətə başlamışlar.
Muxtar respublikanın təhsil işçiləri 2018-ci ildə də təhsil sahəsində nailiyyətlərin qazanılmasına çalışacaq, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3159918
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1874
5104
20083
74465
3159918

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter