20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Müəllim- tələbə münasibətlərinin pedaqoji aspektləri” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq müəllim-tələbə münasibətlərində diqqət edilməsi lazım olan məqamlardan danışıb. Bildirilib ki, müəllim tələbələrlə səmimi ünsiyyət saxlamalı, onlarla əməkdaşlığa və humanist prinsiplərə söykənən münasibətlər qurmalıdır. Tədris etdiyi fəndən asılı olmayaraq, hər bir müəllim pedaqogika və psixologiya elmlərini bilməli, tələbələrə şəxsiyyət kimi yanaşmalı, onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq dərsini qurmağı bacarmalıdır.
Konfransda Pedaqogika və psixologiya kafedrasının müəllimləri Təranə Əliyevanın “Müəllim-tələbə münasibətləri təlimin səmərəliliyinin əsas komponenti kimi”, Aygün Rüstəmovanın “Müəllim-tələbə münasibətlərinin psixoloji əsasları” və həmin kafedranın müdiri Nəzakət Yusifovanın “Müəllim-tələbə münasibətlərində pedaqoji ustalığın rolu” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim təlimin yeni texnologiyalarını mənimsəməli, yeni proqram və dərsliklərdən bəhrələnməyi, son elmi yenilikləri tətbiq etməyi bacarmalıdır.

Nuray ƏSGƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3164034
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2247
3743
24199
78581
3164034

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter