25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbi 1957-ci ildə I-IV siniflər üçün 120 nəfərlik şagird kontingenti ilə 7 illik məktəb kimi Ordubad şəhərində tikilmiş 240 şagird yerlik binada fəaliyyətə başlayıb. Məktəbə rayonun qabaqcıl müəllimləri cəlb edilib. Bu da öz bəhrəsini verib. Elə ilk illərdən başlayaraq məktəb öz fəaliyyəti ilə gözəçarpan göstəricilərə imza atıb. Ölkəmizin müxtəlif rayonlarından bu təhsil ocağına axın başlayıb. Bu məktəb həm də valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarının oxumaq imkanı əldə etmələri baxımından diqqəti çəkib.

1964-cü ildə Ordubad şəhərində internat məktəbi üçün yeni 420 şagird yerlik tədris, 300 yerlik yataqxana korpusu inşa olunub. Yeni korpuslar həmin ilin sentyabrında öz qapılarını 340 şagirdin üzünə açıb. Bu illər ərzində məktəbdə güclü təhsil ənənələri yaradılıb.
Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə ölkə təhsilinin inkişaf strategiyası müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı Azərbaycanda inşa olunan yeni məktəb binalarının sayının artmasına, təhsildə uğurlar qazanılmasına stimul oldu. Bu qayğıdan Ordubad internat məktəbinə də pay düşdü. 2006-cı il dekabrın 21-də ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən internat məktəbi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir neçə il bundan əvvəl isə məktəb binası əsaslı surətdə təmir edilib.

Müasir tələblərə cavab verən bu təhsil ocağında bütün avadanlıqlarla təchiz olunmuş fizika, kimya laboratoriyaları, 20 dəst kompüterlə təmin olunmuş kompüter sinfi, 3 elektron lövhəli sinif, yataqxana, yeməkxana, 434 şagird yerlik tədris korpusu mövcuddur. Kompüter sinfi internet şəbəkəsinə qoşulub.
Yeni məktəb kompleksinin sahəsi 2,2 hektardır. Kompleksin ərazisində gülkarlıqlar və meyvə bağı salınıb. Buraya daimi su xətti çəkilib. Məktəbdə tədrisin səviyyəsini müasir tələblər baxımından qurmaq üçün yaradılmış şəraitdən səmərəli istifadə edilir. Şagirdlər test-sınaq imtahanlarına cəlb olunur, müxtəlif bilik yarışlarına qatılırlar. Onlar muxtar respublika və ölkə səviyyəli tədbirlərdə, fənn olimpiadalarında iştirak edir, məktəbə fəxri fərmanlar və diplomlarla qayıdırlar. Məktəbin müəllim kollektivi müasir təlim üsullarının tətbiqini qazanılacaq uğurların başlıca amili sayır. Təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə ciddi diqqət yetirilir. Şagirdlərin mütaliə və nitq mədəniyyətinin inkişaf etdirilməsində məktəb kitabxanasının böyük rolu var. Burada tez-tez kitab müzakirələri, əlamətdar günlər, tarixi bayramlar münasibətilə tədbirlər keçirilir.
Öz tarixi ənənəsinə sadiq qalan internat məktəbinin idman komandaları istər rayon, istərsə də muxtar respublika birinciliklərində layiqincə iştirak edirlər. Son 10 ildə rayon üzrə keçirilən bütün yarışlarda məktəbin idmançıları mükafata layiq yerləri tutublar.
Məktəbdə gənclərin çağırışa­qədərki hazırlığı dərslərinin yüksək səviyyədə tədrisinə ciddi fikir verilir. Hərbi rəhbər Yusif Məmmədovun əməyi nəticəsində məktəbin “Şahin” və “Sərhəd” komandaları Ordubad rayonunu respublikada layiqincə təmsil edirlər. “Sərhəd” komandası hərbi idman oyunlarında 2015-ci ildə respublika birincisi olub. Bu sahəyə ciddi önəm verilməsinin nəticəsidir ki, hazırda məktəbin 6 məzunu Sərhəd Xidməti Akademiyasında, 2 məzunu Milli Aviasiya Akademiyasında, 17 şagirdi Heydər Əliyev adına Hərbi Liseydə təhsil alır.
Yeri gəlmişkən qeyd edək ki, ali məktəblərə tələbə qəbulunda Ordubad internat məktəbi həmişə öncül yerdə olub. Ötən tədris ilində məktəbi bitirən 17 məzundan 14-ü ali məktəblərə, 1-i Tibb Kollecinə, 1 məzun isə Sərhəd Akademiyasına qəbul olunub. Tələbə adını qazananlardan 4-ü 500-700 intervalında bal toplayıb. 9 illik bazadan isə orta ixtisas məktəblərinə sənəd verənlərin 10 nəfəri imtahanlardan uğurla çıxıb.
Məhəmməd Füzuli adına internat tam orta məktəbi 2008-ci ildə respublikada “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qaliblərindən biri olub. Ötən illər ərzində məktəbin qabaqcıl müəllimlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhimə Ramazanova ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına, baş tərbiyəçi Mehman Vəlibəyov “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, ibtidai sinif müəllimləri Nərgiz Həsənəliyeva və Tahirə Rzayeva “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüblər.
Bu gün 71 müəllim-tərbiyəçi və 57 nəfər texniki işçinin çalışdığı kompleksdə camaşırxana, hamam, dərzi, bərbər, ayaqqabı təmiri otaqları, bufet vardır. Üstüaçıq yaşıl meydança və idman zalı gənc nəslin sağlam böyüməsində mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ordubad Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi məktəblə sıx əlaqə saxlayır, bayram və əlamətdar günlərdə məktəblilərin qonağı olur, burada yaşayan uşaqlara öz diqqət və qayğılarını əsirgəmirlər. 2017-2018-ci tədris ilində adıçəkilən nazirlik və təşkilatlar məktəbdə təhsil alan uşaqlara məktəbli geyim dəsti və ləvazimatlar təqdim ediblər.
Məktəbin kollektivi 2017-2018-ci tədris ilinə yüksək əhval-ruhiyyə ilə başlayıb. Dövlətimizin təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şərait, vətənpərvər, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətəndaş tərbiyəsini diqqətdə saxlamaq kollektivə yeni uğurlar qazanmaq imkanı verib. Məktəbin müəllimləri bu imkanlardan səmərəli istifadə edir, növbəti dərs ilində nailiyyətlərini artırmaq əzmi ilə çalışırlar.

Musa AĞAYEV
Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbinin direktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356353
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2546
19055
95927
404559
5356353

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter