25 Noyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitabın müzakirəsi ilə bağlı keçirilən tədbiri giriş sözü ilə kollecin direktoru Günay Əliyeva açıb. O, adıçəkilən sərəncamın gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə kollecin tələbəsi Atikə Həsənli “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə edərək bildirib ki, görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadə ədəbiyyat, incəsənət sahəsindəki fəaliyyəti ilə xalqın maariflənməsi idealına xidmət edib.
Vurğulanıb ki, görkəmli ədib həm də milli mətbuatımızın inkişafı və intişarında göstərdiyi mühüm xidmətlərlə yadda qalıb.
Kollecin tələbəsi Səkinə İsmayılova “Cəlil Məmməd­quluzadə hekayələr ustasıdır” mövzusunda çıxış edib. Qeyd olunub ki, görkəmli yazıçı Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınıb. Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizə bəxş etdiyi “Poçt qutusu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq”, “Buz” və digər hekayələri həm də uşaq ədəbiyyatının ən sanballı nümunələridir.

Diqqətə çatdırılıb ki, böyük sənətkarın hekayələri klassik bədii səviyyəyə malikdir. Hekayələrdə kəskin sarkazm, şiddətli ifşaedici gülüş vardır. İncə lirizm və tərbiyəvi yumordan yoğurulmuş bu hekayələrin hamısında cəmiyyətdəki çatışmazlıqlar, gerilik və fanatizm əks olunub. Həmin hekayələr milli­-ictimai geriliyin aradan qaldırılmasına, milli şüurun və Azərbaycançılıq ideologiyasının təşəkkülünə, demokratik düşüncə tərzinin formalaşmasına xidmət edib.
Sonra tələbələr “Hekayələr” kitabında yer alan bədii nəsr nümunələrini qiraət ediblər, onları maraqlandıran suallar cavablandırılıb.

Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5356519
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2712
19055
96093
404725
5356519

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter