21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar ali təhsil ocaqlarında tələbələrlə mütəmadi görüşlər təşkil olunur. 

Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq adıçəkilən sərəncamın imzalanmasından sonra muxtar respublika Təhsil Nazirliyi tərəfindən görülən işlərin gənc müəllim kadrların yetişdirilməsinə verdiyi töhfədən bəhs edib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək Naxçıvan Müəllimlər İnstitutu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb, nazirliyə hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr üçün bütün imkanların səfərbər olunduğunu bildirib.

Təhsil naziri qeyd edib ki, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər, stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Belə ki, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, kənd yerlərindəki təhsil müəssisələrində yeni əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən 35 yaşadək gənc mütəxəssislər kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumtəhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 100 manat məbləğində əlavələr ödənilir. Üçillik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində əməkhaqqına kompensasiya əlavə olunur. Eyni zamanda iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım ödənilir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü və əməkhaqları artırılıb. Bununla yanaşı, bu ildən etibarən ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlayan gənc kadrların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Ali Məclis Sədrinin tapşırığına əsasən ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişikliklər edilib. Yeni qaydalara görə 5 ildən artıq dağ kəndində müəllim kimi fəaliyyət göstərən pedaqoji profilli gənc kadrlara ipoteka kreditinin verilməsi nəzərdə tutulub. Bütün bunlar isə muxtar respublikamızda gənc müəllimlərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Qeyd olunub ki, gənc kadrların işlə təminatı üçün muxtar respublikada dövlət qulluğuna qəbul imtahanları, eləcə də əmək yarmarkaları keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilən ənənəvi təhsil yarmarkası muxtar respublikanın, xüsusən də ucqar kəndlərin ümumtəhsil məktəblərinin pedaqoji kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ötən müddət ərzində yüzlərlə gənc bu təhsil yarmarkasında iştirak edib və göndəriş alaraq bu gün də müəllim kimi fəaliyyət göstərir.
Vurğulanıb ki, müvafiq ixtisasların Təhsil Nazirliyinə hamiliyə verilməsi yüksək səviyyəli pedaqoji kadr hazırlığına böyük töhfə verir. Bu baxımdan həmin tələbələrin orta məktəblərdə təcrübə keçmələri təqdirəlayiq haldır. Təcrübə müddətində tələbələrə nazirlik, müvafiq təhsil şöbələri, eləcə də orta məktəblərin kollektivləri hərtərəfli köməklik göstərirlər. Əminliklə demək olar ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri gələcəkdə muxtar respublikanın təhsil ocaqlarında fəaliyyət göstərməklə bərabər, dövlət qulluqçusu kimi də effektiv iş və yüksək bacarıq nümayiş etdirə biləcəklər.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284114
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5491
18197
23688
332320
5284114

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter