21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası yeni cəmiyyət quruculuğunun əsasını qoyub. Ulu öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirib və bu sahədə sistemli tədbirlər həyata keçirib.

Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, ali təhsil ocaqları, peşə və orta ixtisas məktəbləri üçün tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsil almaları üçün etibarlı zəmin yaradıb. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar.
Dahi rəhbərin 1992-ci ildə Ali Məclisin Sədri işləyərkən, Naxçıvan Qarnizonunun nəzdində orta məktəbin yaradılması haqqında verdiyi qərar burada qulluq edən hərbçilər tərəfindən yüksək qiymətləndirilib. Çünki ulu öndər ölkəmizin digər bölgələrindən Naxçıvana gələn, bu qədim yurd yerinin sərhədlərini qoruyan hərbçilərin övladlarının təhsil almasına, onların savadlı vətəndaş kimi tərbiyə olunmasına böyük əhəmiyyət verirdi.

Bu məqamda qeyd edək ki, övladları məktəbli olan hər bir hərbçini xidməti zərurətlə əlaqədar bir bölgədən digərinə köçürüldükdə övladının təhsil alacağı məktəbin necə olacağı düşündürür. Həyatının 13 ilini Azərbaycanın cəbhə bölgələrində keçirən bir ana kimi bu hisslər mənə də yad deyil. Naxçıvan şəhərindəki hərbi hissələrdə qulluq edən hərbçilərin övladlarının bəxti bu cəhətdən gətirib desək, yanılmarıq. Bu qədim yurd yerinə gəldikdə və məktəbli övladım Naxçıvan Qarnizonunun tam orta məktəbində təhsil almağa başlayanda bunun bir daha şahidi oldum. Təhsilə göstərilən diqqət və qayğını burada daha aydın şəkildə hiss etdim.
Göstərilən dövlət qayğısının nəticəsidir ki, adıçəkilən təhsil müəssisəsi 2016-2017-ci tədris ilini uğurla başa vurub. Bu tədris ilində təhsil ocağının 37 məzunundan 34 nəfəri qəbul imtahanında iştirak edib. Onlardan 32 məzun ali məktəbə, 2-si isə orta ixtisas məktəbinə qəbul olub. Ali məktəb tələbəsi adını qazanan abituriyentlərin 8-i 500-700 intervalında bal toplayıb. Digər önəmli faktı da qeyd edək ki, 2 şagird Heydər Əliyev adına Hərbi Liseyə,1 şagird Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, 2 şagird Qızlar Liseyinə, 1 şagird Bakı Anadolu Liseyinə, 1 şagird isə Bakı Olimpiya Kollecinə qəbul olub.
O da xüsusi vurğulanmalıdır ki, bu gün Heydər Əliyev adına Hərbi Liseydə təhsil alan kursantların böyük bir hissəsi bu məktəbin məzunlarıdır . Bu isə o deməkdir ki, məktəbdə oxuyan şagirdlərdə hərbçi kimi şərəfli peşəyə maraq oyadılması diqqətdə saxlanılır.
Məktəbdə olarkən bir məqam da diqqətimizdən yayınmadı. Burada yaradılmış Heydər Əliyev guşəsinin önü şagirdlərlə dolu idi. Bunu onunla əlaqələndirmək olar ki, məktəbdə dahi rəhbərin irsinin öyrənilməsi və şagirdlərə öyrədilməsi üçün ardıcıl tədbirlər görülür.
Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov bizimlə söhbət zamanı bildirdi ki, bütün fənlərin tədrisində şagirdlərin vətənpərvərlik tərbiyəsi ön plana çəkilir.
Tədris müəssisəsində laboratoriya və fənn kabinələri, emalatxana və hərbi kabinə, idman zalı müasir tələblərə cavab verir. Kompüter otağında 38 kompüter,10 elektron lövhəli sinif də şagirdlərin ixtiyarına verilib. Məktəbin kitabxanasında Azərbaycan, dünya ədəbiyyatı klassiklərinin əsərləri və müasir Azərbaycan ədəbiyyatı nümunələri yer alıb.
Onu da qeyd edək ki, məktəbin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən kitablardan ibarət guşə yaradılıb.
Hazırda Naxçıvan Qarnizonu tam orta məktəbində 591 şagirdin təlim tərbiyəsi ilə 61 müəllim məşğul olur. Öyrəndik ki, yeni dərs ilində məktəbin 4 birinci sinfinə 76 şagird qəbul olunub.
Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan şagirdlərin valideynləriylə birlikdə müəllimləri də sevinc içərisindədirlər. Məktəbin müəllimlərindən Südabə Məmməd­ova, Təranə Mütəllimova və Ulduz Eyvaz­ova ilə həmsöhbət olduq. Ulduz müəllimə məktəb üzrə ən yüksək nəticəni göstərən Kərəm Babayev haqqında danışaraq bildirdi ki, Kərəm məktəbdə oxuduğu illərdə hərtərəfli təhsil almağa, məktəbin tədbirlərində fəal iştirak etməyə, nümunəvi şagird olmağa çalışıb. O, məktəbi “Qızıl” medalla bitirib, qəbul imtahanlarında 643 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub. İxtisas seçimində hüquq fakültəsi onun diqqətini daha çox cəlb edib.
Müəllimləri ilə görüşməyə gələn Səkinə Şərifova ilə də söhbətimiz maraqlı oldu. Səkinə Şərifova məktəbi “Fərqlənmə” attestatı ilə bitirib. Qəbul imtahanlarında 609 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasına daxil olub. Səkinə deyir ki, bu gün şagirdlərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün məktəbdə hər cür şərait yaradılıb.
Təbii ki, qazanılan bütün uğurlar məktəbdə yaradılan ciddi nizam-intizamın və öz vəzifə borcunu, məsuliyyətini dərindən dərk edən müəllimlərin əməyi sayəsində mümkün olub. Bu isə o deməkdir ki, gənc nəslin gələcəyinə cavabdeh olan müəllimlər öz fəaliyyətlərini təhsil islahatlarında nəzərdə tutulan prinsiplər əsasında qurublar. Belə olan şəraitdə isə uğur qazanmaq heç də çətin deyil.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284081
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5458
18197
23655
332287
5284081

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter