23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Qars müqaviləsi və Naxçıvanın muxtariyyət statusu” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup tələbəsi iştirak edib.

Mövzu ilə bağlı mərkəzin elmi katibi Emin Məmmədov məruzə edərək bildirib ki, Naxçıvanın ərazi taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusunu Qars müqaviləsinə əsasən əldə etməsi tarixi həqiqətdir. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrinə əsasən Naxçıvanın sovet Ermənistanına verilməsi məsələsi qarşısında mahir diplomat Behbud ağa Şahtaxtinskinin göstərdiyi qətiyyətli fəaliyyət nəticəsində baş tutub və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilib. Bundan sonra Naxçıvan həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanıb. Bu referendum özünün əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər önəmə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gediş idi.

Qeyd edilib ki, naxçıvanlıların əzmkar mübarizəsi ilə görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin siyasi gedişləri nəticəsində Moskva və Qars kimi beynəlxalq müqavilələrlə Naxçıvanın taleyi həll olunub, gələcək siyasi-hüquqi statusu müəyyənləşdirilib. Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Müqavilə 1922-ci ilin mart-iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin ilin 11 sentyabrında qüvvəyə minib. Bu müqavilə ilə muxtariyyətin əsası qoyulub, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılıb, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilib. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
Vurğulanıb ki, Naxçıvanın muxtariyyət statusu ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub, qədim diyarın hərtərəfli inkişafını təmin edən sosial-iqtisadi siyasət yürüdülüb. Bu gün də bu siyasət uğurla davam etdirilir. Məhz həmin siyasətin nəticəsidir ki, bir vaxtlar Qars müqaviləsinə əsasən ərazi taleyi həll edilən Naxçıvan Muxtar Respublikasının ölkəmizin xarici siyasəti kontekstində xarici əlaqələri və diplomatiyası xeyli inkişaf etməkdədir.
Sonra tədbir iştirakçıları mərkəzlə tanış olublar.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811974
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11079
15275
11079
347034
4811974

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter