23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan­şünaslıq Mərkəzində “Naxçıvanda türk-islam mədəniyyəti abidələri” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun bir qrup tələbəsi iştirak edib.
Tədbirdə mərkəzin elmi katibi Emin Məmmədov məruzə edərək Naxçıvanda yerləşən türk-islam mədəniyyəti abidələri haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, Naxçıvan antik və orta əsrlər dövrlərinə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaradıblar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnib, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdiriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb. Bu abidələrdən 70-ə yaxını əvvəlki görkəmi saxlanılmaqla bərpa olunub. Möminə xatın və Gülüstan türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Came məscidinin, Şərq hamamının, Zaviyə-Mədrəsə binasının, Xan sarayının, imamzadələrin və buzxanaların, Ordubaddakı Qeysəriyyə abidəsinin tarixi görkəmləri özünə qaytarılıb. Hazırda türk-islam mədəniyyətinin yadigarlarından olan Qarabağlar Türbə Kompleksində, Yengicə hamamında və Nehrəm İmamzadəsində bərpa işləri aparılır.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811884
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10989
15275
10989
346944
4811884

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter