18 Oktyabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə nazirliyin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq bildirib ki, muxtar respublika ərazisinin geoloji öyrənilməsinə ötən əsrin 30-cu illərindən başlanılıb. Qədim diyarımızın ərazisində ilk dəfə 1967-ci ildə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yaradılıb. Ekspedisiya muxtar respublika ilə bərabər, Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazilərində də bərk faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatını həyata keçirib. 2001-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində Naxçıvan Geoloji Axtarış Ekspedisiyası adı ilə fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 oktyabr tarixli qərarı ilə Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 6 fevral tarixli Fərmanı ilə Geoloji Axtarış Ekspedisiyasının bazasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılıb və Əsasnaməsi təsdiq edilib.
Sentyabrın 6-da Culfa şəhərində nazirliyin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin istifadəyə verildiyini bildirən nazir qeyd edib ki, burada geoloqların fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Vurğulanıb ki, muxtar respublikanın ərazisi qara, əlvan və nəcib metalların, radioaktiv elementlərin, həmçinin qeyri-filiz yataq və təzahürlərinin aşkar edilməsində Kiçik Qafqazın yüksək perspektivli regionlarından sayılır. Buna görə də muxtar respublika ərazisində mövcud olan mineral xammal ehtiyatının elmi şəkildə öyrənilməsi, tədqiqi və istifadə edilməsi sahəsində fəaliyyətin qurulması mühüm vəzifələrdəndir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisində həyata keçirilən geoloji tədqiqatların nəticələrinin akademiyanın əməkdaşları ilə birgə elmi müzakirəsinin əhəmiyyətindən danışıb, bu sahədə yeni kadrların yetişdirilməsinin zəruriliyindən bəhs edib.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru Əliəddin Abbasovun və Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Əli Vəliyevin çıxışları dinlənilib.
Sonda tədbir iştirakçıları Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin binaları ilə tanış olublar.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4739023
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17753
16138
47598
274083
4739023

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter