23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Hər bir valideyn övladı üçün gözəl gələcək arzulayır, həmin arzuların reallaşması naminə səylə çalışır, hər şey övladının könlüncə olsun deyə əlindən gələnin ən yaxşısını etməyə can atır. Uşağın qidalanması, geyim-keçimi, əyləncəsi, istifadə etdiyi əşyalar və daha nələr-nələr... Ən yaxşısı, ən keyfiyyətlisi, ən qeyri-adisi, ən fərqlisi və sair. Söhbət təhsildən getdikdə valideynin qayğısı, məsuliyyəti daha da artır.
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Hər il olduğu kimi, bu dəfə də şagirdlər həyəcanlı, valideynlərsə qayğılıdır. Dərs ­ləvazimatları, məktəbli formaları, çantalar və adını sadalamadığımız digər zəruri əşyaların alınması üçün valideynlər səylə çalışırlar ki, övladları tam hazırlıqlı olaraq məktəbə yollansınlar. Bəs bu ehtiyacları təmin etməklə yanaşı, uşaqlarımızı psixoloji baxımdan məktəbə necə hazırlayırıq?
Azyaşlılar, xüsusən ibtidai sinif şagirdləri arasındakı münasibətdə məktəbli ləvazimatlarının fərqli (bahalı, rəngarəng olması və sair) olması onların davranışına, eyni zamanda psixologiyasına çox təsir edir. Belə fərq məktəblərdə geyimlər arasında aradan qaldırılsa da, məktəb ləvazimatları üçün keçərli deyil. Məktəbli yarmarkasında olarkən bəzi valideynlərin fikirləri ürək­açan olmasa da, həmin fikirləri sizlərlə bölüşmək istərdim. Onlar düşünürlər ki, bahalı və dəbdəbəli ləvazimatlar həm keyfiyyətli olur, şagirdi yarı yolda qoymur, həm də uşağı yazıb-oxumağa daha da həvəsləndirir. Lakin düşünməliyik ki, kiçik bir qələm uşaqlar arasında, sözün mənfi mənasında, həsəd hissi yaradır və ən əsası onların diqqətini dərsdən yayındırır. Şagird üçün keyfiyyətli, amma standart ləvazimat almaq – sadə qələm, dəftər və xətkeş həm onun fikrinin yayınmasının qarşısını alır, həm də dostları ilə münasibətinin gərginləşməsinə imkan vermir. Valideyn hökmən bahalı və keyfiyyətli ləvazimata üz tutarsa, mümkün qədər ən sadə və dəbdəbədən uzağını seçməlidir. Məncə, bu cür seçim valideynlərin övladları üçün atacağı müsbət addımlardan olar.

Qayıdaq yuxarıda qeyd etdiyimiz sualımızın cavabına. Bu sualı biz yox, psixoloq Şahnaz Məmmədova cavablandırır. O qeyd edir ki, yeni tədris ilinin başlanması valideynləri qayğılandırır, şagirdləri isə bəzən sevindirir, bəzən həyəcanlandırır, bəzən isə qorxudur. Bəzilərinə isə dərslərin başlanması məyusluq hissi yaşadır. Bu, təbii haldır. Yay tətili günlərini saatlarla vaxtını televizor qarşısında oturmaq, kompüterlə məşğul olmaq, gəzmək, oynamaq, səhərlər gec oyanmaq kimi gündəlik vərdişlərlə keçirən uşaqlar, təbii ki, qayğı, məsuliyyət tələb edən məktəb həyatının başlanmasından məyus olacaqlar.
Xüsusilə məktəbə yeni qədəm qoyacaq birinci sinif şagirdlərinin psixoloji hazırlığı mürəkkəbdir. Bu dövrdə uşağın ictimai münasibətləri, həyat tərzi dəyişir, psixoemosional yükü artır, oyun fəaliyyəti təlim fəaliyyəti ilə əvəz olunur, qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni dünyaya qapı açır. Onlar indiyə qədər alışmadıqları sosial mühitə daxil olurlar. İlk məktəb, ilk dərs, sinif otaqları, ilk müəllim və ilk addımlar... Artıq onlar əllərindəki oyuncağı yerə qoyub, qələm tutmağı öyrənirlər. Daha məsuliyyətli, qayğılı bir həyata atılırlar. Yuxudan istədiyi vaxt oyanan uşaq daha erkən saatlarda oyanmalı, saatlarla oyuncaqları ilə oynamaq əvəzinə 45 dəqiqə ərzində məktəb nizam-intizamına tabe olmaqla müəllimini dinləməli, onlar üçün çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik, belə gündəlik rejimdə valideynləri onların yanında olmayacaq. Müəllimi isə eyni zamanda 20, hətta daha çox uşağa diqqət göstərdiyi üçün valideynləri kimi onun nazını çəkə bilməyəcək. Təbii ki, bu kimi dəyişik­liklərə uşaqların əksəriyyəti uğurla adaptasiya ola bilmir və müəyyən narahatlıqlar yaranır. Belə gərgin tempə tab gətirə bilməyən uşaq mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır – valideynlər uşaqlarda ürəkbulanması, qızdırma və bu kimi digər hallarla qarşılaşırlar. Onlar bunun ya bəhanə olduğunu düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir, ya da həkimə göstərərək sağlamlığında problem olduğu qənaətinə gəlirlər. Bu çətin dönəmlərdə uşaqların psixoloji durumu, təəssüf ki, bəzi valideynlərin heç yadına düşmür.
Ancaq bunu da qeyd etmək istərdim ki, məktəbə yeni başlayan bütün uşaqlarda belə hallar baş vermir. Məsələn, elə uşaqlar var ki, məktəbə gedəcəyi günü sevinc və səbirsizliklə gözləyir, çünki məktəbin onlara sosial status – məktəbli statusu verdiyini düşünürlər. Bu isə ailədə uşaqlara göstərilən psixoloji münasibətdən və məktəbəqədər təhsildən çox asılıdır. Məktəbə hazırlıq mərhələsinin də uşaqların məktəbə adaptasiyasında böyük rolu var. Həmin uşaqlar məktəb şəraitinə tez uyğunlaşır, yoldaşları ilə ünsiyyət qura bilir, müəllimlərlə asanlıqla dil tapırlar. Hazırlıq mərhələsini keçən uşaqlar sakit davranışları, xoş əhval-ruhiyyədə olmaları ilə də seçilirlər. Təlim prosesi digər uşaqlardan fərqli olaraq onlar üçün daha asan keçir, dərs tapşırıqlarını, məktəbin tələb və qaydalarını çox asanlıqla mənimsəyirlər.
Bəs məktəbə çətin adaptasiya olan uşaqlarda aqressiv, emosional halların baş verməməsi üçün nə etmək lazımdır? Şahnaz Məmməd­ova deyir ki, valideynlər uşaqları məktəbə gətirməzdən əvvəl onları psixoloji olaraq hazırlamalı, məktəb haqqında ilk məlumatları verməlidirlər. Məktəbə getməyin nə üçün lazım olduğunu başa salmaqla uşaqlara kömək etməlidirlər. Oxumağın onun üçün çox faydalı və gərəkli olduğuna inandırmalıdırlar. Həmin uşaqlarla məktəb mövzusunda darıxdırıcı olmamaq şərtilə tez-tez söhbətlər aparılmalıdır. Nə üçün oxumaq lazımdır və məktəb qaydalarına nə üçün əməl edilməlidir? kimi məsələlər uşağın anlayacağı şəkildə ona başa salınmalıdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev bizimlə söhbətində qeyd etdi ki, uşaqların məktəbə adaptasiyasında yalnız valideynlər deyil, məktəbin, müəllimlərin də böyük rolu var. Müəllimlər həmin uşaqlara diferensial yanaşmağı bacarmalı, onlara doğma münasibət göstərməlidirlər. Çünki belə olmasa, onların məktəbi sevmələri çətin olar. Sevindirici haldır ki, artıq 2016-cı ildən muxtar respublikamızın bəzi təhsil ocaqlarında məktəbə hazırlıq qrupları fəaliyyətə başlayıb. Artıq bu qruplarda hazırlıq prosesinə cəlb olunan uşaqlar ibtidai sinfə gedən zaman digərlərindən çox fərqlənir. Çünki həmin müddətdə uşaqlarda təhsil alacağı məktəb, sinifləri haqqında əvvəlcədən kifayət qədər təsəvvür formalaşır, onlar dərs deyəcək müəllimlərlə ünsiyyətdə olur, yəni bir növ mühüm adaptasiya dövrü keçirlər. Bu mənada, hazırlıq qrupları şagirdlərin məktəbə hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.
Bəli, uşaqların məktəbə hazırlıq dövrü hər bir valideyndən, müəllimlərdən böyük məsuliyyət tələb edir. Çünki bu dövr azyaşlılarda məktəbə, təhsilə, ümumilikdə isə oxumağa həvəs oyatmaq baxımından çox məsuliyyətli dövrdür. Gəldiyimiz qənaət bundan ibarətdir ki, uşaqlarımızın məktəbə hazırlığında hər birimiz diqqətli olmalı, bu işə maksimum vaxt sərf etməklə onların təhsil yollarında atacaqları ilk addımları düzgün qiymətləndirməliyik.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5319749
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4333
18695
59323
367955
5319749

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter