23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara dövlət qayğısının bariz ifadəsidir.
Həmin tədbirlərin davamı olaraq 15 sen­tyabr – Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunub.
Bu münasibətlə sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Məmməd Qəribov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb. Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmməd­ova çıxış edərək şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Sonda aztəminatlı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara və sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilib.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 280 sağlamlıq imkanları məhdud, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən 87 uşaq olmaqla, ümumilikdə, 411 uşağı təhsil sovqatı ilə sevindirib.
Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5320009
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4593
18695
59583
368215
5320009

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter