23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı bu sahədə əldə olunan uğurları ilbəil artırır. Gənclərin elm-təhsil yollarında inamla addımlaması, gələcək cəmiyyət quruculuğunda Azərbaycanın daha da qüdrətli olması yolunda onlar üçün hər bir imkan yaradılıb. 

Şahbuz rayonu da təhsildəki nəticələri ilə ənənəvi olaraq bu il də yüksək nailiyyətlər qazanıb. Rayonda istifadəyə verilən yeni təhsil ocaqları, yeniləşən təhsil infrastrukturu şagirdlərin daha yaxşı oxumasına, onların yüksək balla ali məktəblərə qəbul olmasına şərait yaradıb. Cari ilin göstəricilərinə görə də Şahbuz rayonu üzrə ali məktəblərə qəbulun nəticələri sevindiricidir. Belə ki, bu il rayon üzrə 106 abituriyent sənəd verib, onlardan 70-i tələbə adını qazanıb. Məzunlardan 19 nəfəri 500, 4 nəfəri isə 600 baldan yuxarı nəticələr göstərib.
Yeganə Allahverdiyeva qəbul imtahanında 635 bal toplayıb. Bu, cari ildə Şahbuz rayonu üzrə ən yüksək nəticədir. O, Sələsüz kənd tam orta məktəbinin məzunudur. Azərbaycan Tibb Universitetinə daxil olub. Yeganə ziyalı ailəsində böyüyüb. Onunla söhbətdə bildirir ki, ən böyük arzusu həkim olmaqla insanların sağlamlığı keşiyində durmaqdır. Amma tələbə adını qazanmaqla iş bitmir.
Qarşıda daha məsuliyyətli bir dövr vardır. Daha çox oxumalı, öz üzərimdə işləməli, ən azı iki xarici dil öyrənməliyəm. Çalışacağam ki, mənə dərs demiş müəllimləri bundan sonra da sevindirəm, – deyir Yeganə.

Haldun İsgəndərov Kükü kənd tam orta məktəbini bitirib. O, sadə kəndli ailəsində böyüyüb. 627 balla Bakı Dövlət Universitetinin Kompüter elmləri ixtisasına daxil olub. O, təhsilini ingilis dilində alacaq. Dediyinə görə, hələ kiçik yaşlarından kompüter texnologiyasına maraq göstərib. Söhbətində bildirir ki, gələcəkdə yüksəkixtisaslı kompüter mütəxəssisi olmaq üçün çox çalışmalıdır. Haldun qazandığı uğurlara görə ona dərs demiş müəllimlərinə minnətdardır.
Digər bir həmsöhbətim Aysel Nəbili Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Qəbul imtahanlarında 622 bal toplayıb. Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. Bu dilə marağı onda orta məktəb müəllimi oyadıb. Aysel deyir ki, ingilis dili dünya dilidir. Bütün ziyalıların bu dili bilməsi vacibdir. Ona görə də gələcəkdə ingilis dilini daha dərindən öyrənməyə və bu sahə üzrə yaxşı mütəxəssis olmağa çalışacağam.
Könül Əliyeva da Şahbuz şəhərindəndir. Ziyalı ailəsində dünyaya göz açıb. Buradakı 1 nömrəli tam orta məktəbi bitirib. ­O, 605 balla Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisasına daxil olub. Həkim olmaq onun həm özünün, həm də valideynlərinin arzusudur. Könül deyir ki, inkişaf edən ölkəmizin, muxtar respublikamızın savadlı tibbi kadrlara ehtiyacı vardır. Savadlı həkim olmaq üçün, ilk növbədə, vətənpərvər olmağın, insanların sağlamlığı keşiyində durmağın zəruriliyini yaxşı bilirəm. Ölkəmizdə insanların sağlamlığına çox ciddi diqqət yetirilir. Bunun üçün mən də gələcəkdə daha yaxşı oxumalıyam.
Bəli, gənclər gələcəyimizin etibarlı təminatçılarıdır. “Hər bir gənc müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, özünü mənsub olduğu xalqa layiqli vətəndaş kimi hazırlamalıdır”. Bu il avqustun 21-də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gənclərə xitabən dediyi bu fikirlər onlarda daha yüksək uğurlar üçün dərin inam hissləri yaradıb. Bu nikbinliyi qəbul imtahanlarında qazandıqları əhəmiyyətli uğurlarla həmyaşıdlarından bir addım öndə olan şahbuzlu tələbələrlə söhbətdə bir daha gördük. Biz də, öz növbəmizdə, bu gənclərə gələcəkdə harada olmalarından, hansı vəzifə tutmalarından asılı olmayaraq əsl azərbaycanlı kimi yaşamağı və işləməyi arzu edirik. Yolunuz açıq olsun!

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4347964
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3586
17506
82521
336328
4347964

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter