18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. Məhz buna görə də bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respub­likamızda təhsilin inkişafı diqqət mərkəzində saxlanılır. Gənclərimiz yaradılmış imkanlardan səmərəli istifadə etməyə çalışır, bunun nəticəsində hər il müxtəlif ali məktəblərə qəbul imtahanlarında həm kəmiyyət, həm də keyfiyyət baxımından qazanılan uğurların sayı artır. Son illər gənclərin tibb sahəsinə marağının artması isə muxtar respublikada bu sahə üzrə ali təhsil almaq üçün geniş imkanların yaradılması ilə əlaqədardır. Müsahibimiz Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, rezidentura üzrə məsul şəxs, dosent Elsevər Əsədovla söhbətimiz də bu mövzuda oldu.

– Elsevər müəllim, istərdim ki, ilk olaraq rezidentura təhsili barədə məlumat verəsiniz.

– Rezidentura təhsili 2009-cu­ il 19 iyun tarixində qəbul edilmiş Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu ilə tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazır­lığı formalarından biri kimi müəyyən edilib. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksəkixtisaslı həkim-mütəxəssislərin hazırlanması, habelə ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınmasıdır. 2010-cu il 18 mart tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilib və bu qaydalarda rezidenturanın təşkili ilə bağlı əsas istiqamətlər – yəni ixtisaslar üzrə müvafiq təhsil proqramları, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər, rezidenturada təhsil müddəti, baza təhsil müəssisələri, tədris yükü və digərləri müəyyən olunub. Eyni zamanda 2010-cu il 6 sentyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının siyahısı” təsdiq edilib.

Azərbaycanda Səhiyyə Sektorunun İslahatlar Layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin dünya təhsil sistemində qəbul olunmuş təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq, Səhiyyə Nazirliyi 2010-cu il 23 iyul tarixində “Rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında” əmr imzalayıb. Bu əmrə əsasən 2011-ci ildən başlayaraq baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı, xarici ölkələrin təcrübəsinə əsaslanaraq siyahıda olan 40 ixtisas üzrə rezidenturada təhsil müddəti, o cümlədən rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan elm-təhsil müəssisələri və klinikalarının siyahısı təsdiq edilib.
Rezidenturaya qəbul olmaqdan imtina edən və rezidentura imtahanlarından keçə bilməyən həkimlər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, o cümlədən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinə işə təyin oluna bilərlər.
– Rezidentura təhsili almaq üçün bakalavrlar hansı imtahanlardan keçməlidirlər?
– Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər malikdirlər. Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliklərinin qiymətləndirilməsi üzrə keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanları. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarında topladıqları ümumi balı ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ayrılıqda topladıqları balları da mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun gələn namizədlər buraxılırlar. Namizədlər bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçə bilərlər. Rezidenturaya qəbul qaydalarına görə imtahanlarda həm yeni məzunlar, həm də əvvəlki illərdə ali tibb təhsilini bitirmiş həkimlər iştirak edə bilərlər.
– Bu ilin qəbul göstəriciləri barədə nə deyə bilərsiniz? Yeni tədris ilindən etibarən Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Naxçıvanda rezidentura təhsili alacaq tələbələr arasında digər universitetlərin də məzunları varmı?
– Naxçıvan Dövlət Universitetində rezidentura təhsilinə 2012-ci ildən başlanılıb. Bu günə qədər ali məktəbin rezidentura pilləsinə 72 nəfər qəbul edilib və onlardan 9 nəfəri məzun olub. Bu il isə universitetimizdə 3 ixtisas üzrə 6 rezident yekun attestasiyaya buraxılacaqdır. 2017-2018-ci tədris ilində 13 ixtisas üzrə 22 bakalavr universitetin rezidentura pilləsinə qəbul edilib. Bu rezident­lərin 9 nəfəri həmin ali təhsil müəssisəsinin Tibb fakültəsinin, 13 nəfəri isə Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Eyni zamanda bu tədris ilində fakültəmizin məzunlarından 9 nəfəri Azərbaycan Tibb Universitetində rezidenturaya, 2 nəfər isə əczaçılıq ixtisası üzrə magistraturaya qəbul olunub. Builki qəbul imtahanının nəticələri ilə birlikdə hazırda 23 ixtisas üzrə 56 rezident təhsil alır.
– Naxçıvanda rezidentura təhsili hansı şəraitdə həyata keçirilir?
– Muxtar respublikada rezidentura təhsilinin həyata keçirilməsi üçün, demək olar ki, bütün lazımi şərait yaradılıb. Naxçıvanda rezidentura təhsili Naxçıvan Dövlət Universitetinin nəzdində həyata keçirilir. Rezidentura üzrə kliniki bazalar universitetin Kliniki Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq xəstəxanalardır. Rezidentlər üçün ixtisasına uyğun olaraq kuratorlar təyin edilir. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim ­hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərin aparılması, sərbəst stajorluq və sairə formada öyrənilməsi ilə təmin olunur. Xəstəxanalarda hər bir rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir. Bu planda tədris yükünün həcmi, təsviri, müddəti və növü, habelə müalicə-profilaktik işlərin həcmi müəyyən edilir. Kuratorlar rezidentlərə gündəlik rəhbərliyi həyata keçirməklə onların nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təmin edir. Onlar hər növbəti həftə üçün tapşırıq və tövsiyələrini rezidentin gündə­liyində qeyd edir və bunun yerinə yetirilməsinə nəzarət etməklə, nəticəsini gündəliyə yazırlar. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətində əmək müqaviləsi bağlanır və rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir, ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.
Muxtar respublikada rezidentlər üçün yaradılmış əlverişli şərait hesabına rezidentlərdən bəziləri əlavə olaraq həkim kimi işlə təmin olunublar. Onlardan bir qismi isə vaxtaşırı xaricə, xüsusilə qardaş Türkiyə Respublikasının müxtəlif xəstəxanalarına ixtisasartırma üçün rotasiya olunurlar.
– Müsahibə üçün çox sağ olun.

 Fatma BABAYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809778
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14453
14451
73890
263995
3809778

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter