22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Bu gün muxtar respublikamızda yaradılan şərait və göstərilən dövlət qayğısından bəhrələnərək öz işini günün tələbləri səviyyəsində həyata keçirən məktəbdənkənar müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzidir. 

Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana yollandıq. Mərkəzin direktoru Sevinc Mirzəyeva söhbət zamanı bildirdi ki, bu məktəbdənkənar müəssisə 1953-cü ildən Gənc texniklər stansiyası adı ilə fəaliyyət göstərməyə başlayıb, 1991-ci ildə adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi adlandırılıb. Məktəbdənkənar müəssisənin binası 2007-ci ildə əsaslı şəkildə təmir və müasirtipli avadanlıqlarla təchiz olunaraq elə həmin il sentyabr ayının 17-də istifadəyə verilib. Mərkəzin yaradılmasında məqsəd uşaqların asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, istedadlarını üzə çıxarmaq, onları aidiyyəti istiqamətlərə yönləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsinə mərkəzdə xüsusi diqqət yetirilir. Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə dövlət proqramına uyğun olaraq mərkəz bu qəbildən olan uşaqlarla işin təşkilini yaxşılaşdırmaq üçün valideynlərlə görüşlər keçirir, əl işlərindən ibarət sərgilər təşkil edir, həmçinin ümumrespublika tədbirlərində onların da iştirakı təmin olunur.

Öyrəndik ki, mərkəzdə 13 adda dərnək yaradılıb. Burada “İnformatika”, “Kağız əl işləri”, “Əyləncəli fizika”, “Bədii tikmə”, “Makrome”, “Texniki ekologiya”, “Bacarıqlı əllər”, “Təsviri estetika”, “Texniki rəsmxət”, “Təyyarə-raket modelçiliyi”, “İbtidai texniki modelləşdirmə”, “Dizayner”, “Memarlıq” adlı dərnəklər fəaliyyət göstərir. Adıçəkilən dərnəklərdən ən çox “Bacarıqlı əllər”, “Texniki rəsmxət”, “Təyyarə-raket modelçiliyi” dərnəkləri yalnız mərkəzdə deyil, Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində də fəaliyyət göstərir. Mərkəzdə bu il “Kitab oxumayan qalmasın”, “Kitab bilik mənbəyidir” devizi altında kitab sərgisi təşkil olunub. Bundan başqa, ümumtəhsil məktəblərində dərnək üzvlərinin əl işlərindən ibarət sərgilər keçirilib. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivalda dərnək üzvləri hazırladıqları əl işləri ilə iştirak ediblər.
Şagirdlərə doğma diyarımızı, onun qədim abidələrini, görkəmli şəxsiyyətlərini yaxından tanıtmaq məqsədilə muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil edilir. Məktəblilərin yay tətili günlərini səmərəli keçirmələri üçün mərkəzdə tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq dərnək üzvləri muxtar respublikanın muzeylərinə, tarixi abidələrinə ekskursiyalara aparılır, intellektual oyunlar, viktorinalar keçirilir, tərbiyəvi və maarifləndirici mövzularda söhbətlər təşkil edilir. “Yay tətili uşaqların gözü ilə” adlı festivalda geniş sərgi ilə iştirak etmək nəzərdə tutulub.
Mərkəzdə olarkən buradakı sərgi salonunda şagirdlərin əl işlərindən ibarət nümunələrə də baxdıq. Sərgidəki hər bir nümunə insanın zövqünü oxşayırdı. Bu nümunələrdən xüsusilə diqqətimi çəkən qeyri-adi düşüncə tərzi ilə işlənən bir neçə tablo oldu. Sevinc Mirzəyeva bildirdi ki, həmin rəsmlər “Texniki rəsmxət” dərnəyinin üzvləri Şahin Məhərrəmlinin, Gülay Bağırovanın və Anar Tahirovun “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakı­lıq” mövzusunda çəkdikləri rəsmlərdir ki, bunlar müsabiqələr zamanı həvəsləndirici yerlər tutub və diploma layiq görülüblər.
Mərkəzin məşğələ otaqlarına da baş çəkdik. “Təyyarə-raket modelçiliyi” dərnəyinin rəhbəri Tofiq Əkbərov dərnək üzvləri ilə məşğul idi. Elə həmin dərnək üzvlərindən biri ilə söhbətləşdik. Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Hüseyn Hüseynzadə dedi ki, bu peşəyə həvəs onda hələ kiçik yaşlarında yaranıb və elə bu həvəslə də mərkəzə üzv yazılıb. Tofiq müəllimin onlara öyrətdikləri ilə artıq xeyli təcrübə qazanıb və bu təcrübəsini yeni təyyarə, helikopter modelçiliyində sınaqdan çıxarıb. Artıq 7 ildir ki, mərkəzə həvəslə gələn Hüseyn gələcəkdə peşəkar təyyarəçi olmaq istədiyini də gizlətmədi.
Mərkəzdə söhbətləşdiyim digər müsahibim isə “Bacarıqlı əllər” dərnəyinin üzvü, Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nuray Rəhimli oldu. Bacarıqlı əllərin sahibi dedi: – Hələ uşaq yaşlarımda anam üçün hazırladığım hədiyyənin hər kəs tərəfindən bəyənilməsi məndə bu işə qarşı böyük maraq oyatdı. Anamı fərqli hədiyyə ilə sevindirmək istəyi elə o gündən bu bacarığımı inkişaf etdirməyimə səbəb oldu. Bu peşə mənə mənəvi rahatlıq və xüsusi zövq verir. Yaratdığım əl işləri sərgilər vasitəsilə nümayiş olunur.
İnanırıq ki, Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi bundan sonra da uşaq və yeniyetmələrin istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, şagirdlərə peşə vərdişlərinin təlqin olunmasına öz töhfəsini verəcəkdir.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403169
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3936
18489
78790
319782
3403169

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter